Zəfərə səsləyən kitab

Zəfərə səsləyən kitab     Oxucularla “Vətən daşı”, “Addım at” kitabları vasitəsi ilə tanış olan şair-publisist Azər Hacıbəylinin hərbi-vətənpərvərlik ruhunda qələmə aldığı “Zəfər yolu” kitabı çapdan çıxıb.
Azər Hacıbəyli, 1971-ci ildə anadan olub. BDU-nun məzunu, filoloqdur. Elmi-pedaqoji, publisistik fəaliyyətlə və bədii yaradıcılıqla məşğuldur. “Qarda çiçəklər” şeirlər kitabının, hərbi-vətənpərvərlik mövzusunda yazılmış “Doxsan dördün payızı”, “Vətən daşı” və “Addım at!” poemalarının müəllifidir.
Şairin bu kitabında əvvəlki iki poemaya “Zəfər yolu” poeması da əlavə olunub. Bu poema Azərbaycanın Milli Qəhrəmanı, Ağdam rayonunun müdafiəsi zamanı şəhid olmuş Azərbaycan Respublikası Təhlükəsizlik orqanlarının zabiti Nadir Əliyevin döyüş və həyat yolundan bəhs edir.
Zəfər yolu qarşıdadır deyən müəllif həm də qeyd edir ki, bu yol bizim yolumuzdur. Vətən sevgisi, düşmənə nifrət hissi ilə yazılmış bu poemaların hər biri, yetişməkdə olan nəsli mübarizliyə, cəsarətə, ən başlıcası Vətəni sevməyə, onu qorumağa səsləyir.
Müəllif qeyd edir ki, biz hamımız Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, cənab İlham Əliyevin əmr edən anda Vətən uğrunda düşmənlə döyüşə girməyə hazır olmalıyıq. Müdrik və qətiyyətli Prezidentimiz hər məsələnin vaxtını dəqiq bilir. Xalqımızın taleyüklü məsələsi –“ torpaqlarımızın düşmən işğalından azad edilməsinin danışıqlar və sülh yolu ilə həlli resurslarının tükənəcəyi təqdirdə bir azərbaycanlı kimi o da Ali Baş Komandanın əmrilə istənilən vaxt düşmənlərimizin üzərinə getməyə, qələmi süngü ilə əvəz etməyə hazırdır. Düşmənlər bilməlidir ki, xalqımızın haqq işi mütləq həllini tapacaqdır. Əsər nikbin çalarlarla –“ qələbə və zəfər notları ilə yekunlaşır:
Bəli, müəllif başqa igidlərimizdən dastan yazmaqda davam edir, öz əhdinə vəfalıdır. A.Hacıbəyli Ağdam uğrunda gedən döyüşlərdə –“ Ağdamın işğalından bir gün öncə qəhrəmancasına həlak olmuş, Azərbaycanın Milli Qəhrəmanı Nadir Əliyev haqqında poemanı bitirməklə işini bitmiş hesab etmir.
İnanırıq ki, hər bir azərbaycanlı, xüsusən də gənc nəsil üçün böyük töhfə olan “Zəfər yolu” poeması ürəklərdə vətəndaşlıq ruhunu coşdurmaqla seviləcək, gənclərin, ürəyi torpaqlarımızın azadlığı, bütövlüyü, Vətən eşqi ilə döyünənləri zəfər döyüşünə səsləyəcəkdir.
Azər Hacıbəyli bu günlərdə redaksiyamızın qonağı olub “Zəfər yolu” kitabını bizə və rayonun mərkəzi kitabxanasına hədiyyə edib.
Ş.Dağlaroğlu

Şərh Yaz