Torpağı vətənə çevirən şəhidlərdir

Azərbaycanda ordu quruculuğu və ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində aparılan məqsədyönlü tədbirlər ötən ilin aprelində düşmənə sarsıdıcı zərbə vurmağa imkan verdi. Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulmuş başlıca vəzifələri yerinə yetirdi.Torpağı vətənə çevirən şəhidlərdir
Torpağı vətənə çevirən şəhidlərdir                Bu məqsədlə bu günlərdə N.Behdiyev adına şəhər 6 nömrəli tam orta məktəbində kitabxanaçı və məktəbin hərbi rəhbəri Əsgər Manafovun təşəbbüsü ilə məktəbin məzunu, Aprel döyüşlərində qəhrəmanlıq və rəşadət nümayiş etdirən Yaşar Təvəkkül oğlu ilə məktəb kollektivinin görüşü keçirildi. Bu görüşün yüksək səviyyədə ərsəyə gəlməsində məktəbin vətənpərvər ruhlu, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında öz səy və bacarığını əsirgəməyən E.Əliyevin də xüsusi əməyi olmuşdur. Əvvəlcə Yaşar məktəbin sinif otaqlarını gəzdi. O, ötən illərin xatirələrini bir daha yaşadı. Məktəbin foyesində təşkil olunmuş Aprel döyüşlərindən fraqmentlərə baxdı. Sonra masaətrafı söhbət oldu. Yaşarın hələ məktəb vaxtı vətənpərvər olmasından, hərbi sahəyə göstərdiyi marağından və tərbiyəsindən danışıldı.
Tədbiri məktəbin direktor müavini Səxavət Əliyev açdı. Tədbirdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Təhsil Şöbəsinin nümayəndələri Rəşid Məmmədov və İlham Vahabov da iştirak edirdi. Onlar da Yaşarın döyüşdə göstərdiyi qəhrəmanlığı bir daha yada salıb qarşısında baş əydilər. Məktəbin direktoru Q.Bəşirov da Yaşarla bağlı təəssüratlarını bölüşdü.
Hərbi rəhbər Əsgər Manafov tədbirdə çıxış edərək bildirdi ki, məktəbin bir qrup şagirdi ilə Yaşara Hərbi hospitalda baş çəkmişdik. Lakin məktəbin bütün şagirdləri onunla görüşmək istədiklərini bildirəndə bu görüşü təşkil etmək qərarına gəldik. Ə.Manafov onu da qeyd etdi ki, Yaşar Aprel döyüşlərində öz sözünü dedi. Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə istənilən an torpaqlarımızı düşməndən azad etmək iqtidarındadır.
Yaşar da öz çıxışında Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığına malik, peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş, mükəmməl vətənpərvər kadrlardan ibarət olduğunu qeyd etdi. O, səhhəti yaxşı olandan sona yenidən cəbhə bölgəsinə, torpaqlarımızı işğaldan azad etməyə yollanacağını da dedi. Torpağı vətənə çevirən şəhiddir, Vətən uğrunda canımızdan keçməyə hazırıq.
Sonda məktəb şagirdləri geniş kompozisiya keçirərək vətənpərvərlik mövzusunda mahnı oxudular, şeir söylədilər. Aprel döyüşlərində şücaət göstərənlərin şərəfinə şüarlar səsləndirdilər.
Dilşad Bəşirova,
N.Behdiyev adına şəhər 6 nömrəli tam orta məktəbinin kitabxanaçısı

Şərh Yaz