Tale Vətən taleyi, yazı Vətən yazısı

Redaksiyadan: Azərbaycan xalqı düz bir il idi ki, Aprel döyüşlərində torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq nümayiş etdirərək şəhid olanlarla qürur duyur, onları dünyaya gətirən, tərbiyə edən insanlara mənəvi dəstək, təsəlli olmağa can atırdı…
Bir il elə tez ötdü ki…Tale Vətən taleyi, yazı Vətən yazısı
İsmayıllı rayon ictimaiyyəti dərin ehtiram hissi ilə şəhid Mikayıl Vahabzadənin anadan olduğu və dəfn olunduğu Maçaxı kəndinə toplaşmışdı. Bu ərəfədə səhifələrimizdə hamıya bəlli olan xəbərlə bağlı bir sıra yazılara yer ayırdıq. Həmin gün şəhidin məzarı başında anım mərasimi keçirildi. Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə bütün müəssisə və təşkilatlar, bu tədbirdə olmağı özünə borc bilənlər M.Vahabzadənin məzarını ziyarət etdi. Üzərində ilk addımlarını atdığı, ruhu dolaşdığı həyətdə ehsan süfrəsi açıldı. Ruhuna dualar oxundu…
Şəhid Mikayıl Vahabzadə haqqında yazılmaqda olan kitabdan onun əziz dostu və əsgər yoldaşının oxunmamış məktubunu diqqətinizə çatdırırıq…

***
Ən uca addır Şəhidlik! Ona görə də bu adı hər adam qazana bilmir. Bu adı qazanmaq üçünsə ən şirin nemətdən –“ canından keçməlisən. Məsələ Şəhid adını almaqda yox, hər şeydən əziz olan Vətən uğrunda canından keçmək üçün səndə olan cəsarətdədir, ya da sevgidə–¦ Ona görə bu ad bu qədər müqəddəsdir. Həm cəmiyyətdə, həm də ALLAH yanında. Bəzi insanlar isə gözü yumulu, heç nəyi fikirləşmədən qurban gedirlər bu sevgi uğruna–¦ Mübariz, Fərid, Г‡ingiz, Mikayıl və bu igidlərin timsalında minlərlə igidlərimiz kimi–¦
Bu gün isə mən Mikayıldan yazmaq istəyirəm. Şəhid Vahabzadə Mikayıl Yaqub oğlundan–¦ İsmayıllı igidi, Azərbaycanın minlərlə oğullarından biri–¦
Heç ağlıma gəlməzdi ki, nə zamansa onun adının önünə ŞƏHİD adını əlavə edərəm–¦ Ancaq kaş gələrdi–¦ Gələrdi ki, dostum, qardaşım Mikayılla ayrılıb başqa bölməyə gedəndə onu möhkəmcə qucaqlayıb halallıq ala biləydim. Sadəcə hərbi salamla kifayətlənməyəydim. 5-10 şəkil deyil, daha çox şəkil çəkdirərdim. Bilsəydim Şəhid olacaq o qədər çox xəyallar qurmağa qoymazdım. İndi bu şəkillərə baxdıqca gözlərimdən istəmədən yaş axır. Yanımda kimin olmasından asılı olmayaraq–¦
Biz Mikayılla Gəncədə gənc əsgər olan dönəmdə tanış olmuşduq. Mən bəzi səbəblərdən çağırışın axrıncı günü gəlmişdim. 30 iyun 2015-ci il. O zamana qədər gələn əsgərlər artıq bir-birini tanıyıb qaynayıb qarışmışdılar. Mən isə ancaq kənardan fikir verib onları tanımağa çalışırdım. Bu zaman Mikayılın hərəkətləri diqqətimi çəkmişdi. Səliqəli üst-baş, xüsusi sevgilə dərsləri oxumaq və hərbi təlimləri yerinə yetirmək. Bu, adətən əsgərlərə xas olmayan bir şey idi. Və ən əsası haqsızlıqlara göz yummamaq. Təkcə özünün deyil, yoldaşlarının da haqqını müdafiə edirdi.
İlk söhbətimiz isə gəlişimdən təxminən 10 gün sonra oldu. Otağa girib “kim saç qırxmağı bacarır” deyə soruşdum. O isə “İsmayılov, mən az da olsa bacarıram, kəsərəm” dedi. Saçımı kəsən zaman da söhbət etdik. Öyrəndim ki, Sumqayıt Dövlət Universitetinin fizika müəllimliyi ixtisasını bitirib. Yavaş-yavaş dostlaşmağa başladıq. Eyni yataqxanada yan-yana yataqlarda yatırdıq. Mən idmanla məşğul olduğumdan hər gün asudə vaxtda gedib tək məşq edərdim. Bir gün “mən də məşq etmək istəyirəm” dedi. Artıq bir yerdə məşq edirdik və bütün gün bir yerdə idik. Bir vaxtda yatıb, bir vaxtda oyanırdıq, düzülüşlərdə yan-yana dururduq. Yat əmrindən sonra uzanıb saatlarla söhbət edərdik. Zarafatlaşırdıq. O, məni “İsko”, ya da “qardaşım” deyə çağırırdı, mən isə Vahab, ya da “qardaşım” deyərdim.
Gəncədə olarkən hər həftə görüş zamanı Gəncədən olan qohumum yanıma gələrdi. Mən telefonla 10-15 dəqiqə evlə danışıb telefonu Mikayıla verirdim ki, al, evlə danış. Bir də əsgər gəlməmişdən az öncə sevdiyi qıza qəlbini açmışdı, qız da qəbul etmişdi. Onunla da danışırdı. Hər dəfə telefonu geri verəndə: “Ailənə dedin yanına gəlsin?” – deyə bilərəkdən sual verirdim. Hər dəfəsində də eyni cavab verirdi: “Yox, dedim gəlməsinlər”.
Tale Vətən taleyi, yazı Vətən yazısı          Bir dəfə də telefonu geri verərkən qanının qara olduğunu gördüm. Səbəbini soruşdum: “İsko, sevgilimə dedim, gözləməsin məni”- dedi. Niyə, Vahab? – dedim.
“Г‡ünki mən Şəhid olacağam” – dedi–¦
BÜTÜN VİCDANIMLA AND İГ‡İRƏM Kİ, HEГ‡ BİR MÜBALİДћƏ YOXDUR. Onun cavabı bu idi: “ŞƏHİD olacağam!”
Həmin gün axşam uzanmışdıq. Mən dedim, Vahab, bəlkə ailənin sənin yanına gəlməyə maddi durumu əl vermir, gizlədirsən, ürəyin nəsə istəyirsə, de, gələn dəfə yanıma gələndə deyim gətirsinlər. Dedi, İsko, mən bilirəm, Tərtərə gedəcəyəm və Şəhid olacağam orda. Ona görə də istəyirəm ki, üzümü görməyib az da olsa öyrəşsinlər yoxluğuma. Mən isə: “Gicləmə, ölməyə yox, öldürməyə gəlmişik bura, həm bəlkə bir yerə düşdük” – dedim.
Qayıtdı ki: “Ürəyimə damıb, mən Tərtərə gedəcəyəm və Şəhid olacağam orada. Sən isə Ağdama gedəcəksən.
O deyən kimi də oldu–¦ Mən Ağdama getdim–¦ O isə Tərtərə getdi və Şəhid oldu–¦
Onun Şəhid xəbərini aprelin 26-sı qəzetdə oxudum. İlk öncə adı və soyadı oxuyanda ani olaraq donub qaldım. Yenidən oxudum. O olduğuna heç cür inana bilmirdim. Aman Allahım! Əllərim əsdi, havam çatmadı. Otaqdan bayıra çıxmaq üçün durdum, hər yanımdan ağrı tutdu, istəmədən yıxıldım. Əsgər yoldaşlarım kömək edib qaldırdılar yerdən. İnanmırdım, inana bilmirdim–¦ Və hələ də yoxluğuna inana bilmirəm, Vahab, qardaşım!
O gündən özümə və ona bir sözüm var: Bu müharibə təkcə ümumvətən müharibəsinə deyil, mənim üçün bir şəxsi qisas döyüşünə çevrildi. İnşallah, sənin və başqa Şəhidlərimizin qanını yerdə qoymayacağıq!
Düzdü, düşmən qanı Şəhid qanını yumaz! Yumaz da, qardaşım, amma sən və sənin kimi neçə igidimizin qanını yumaq borcu var boynumuzda! Mən bir il qorxmadan, çəkinmədən o şərəfsizlərlə üzbəüz durdum səngərdə, həm də ən yaxın məsafədə! Yenə çağırsınlar, and içirəm sənin ruhuna ki, bir gün belə yubanmadan gedəcəyəm! Amma bu dəfə üzbəüz durmağa yox! İrəliləyib Aprel müharibəsindəki kimi yenə leşlərini tapdalamaq üçün!
Г‡ox xatirələrimiz var, Vahab, yazsam kitablar yazılar, yenə bitməz, amma əlim gəlmir, qardaşım–¦
Qisasını almadan yanına gəlsəm, bağışla məni–¦
Sacid İsmayılov

Şərh Yaz