Debatın təlimləri keçirilib

“Respublika Gənclər Debat Forumu: Yaz 2017” çərçivəsində İsmayıllı Rayon İcra Hakimiyyətinin, “Vətəndaş Cəmiyyətində Debat” ictimai birliyinin dəstəyi, Milli Debat Proqramının, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə İsmayıllı Regional Debat Mərkəzinin gəncləri ilə görüş keçirilib.Debatın təlimləri keçirilib                 Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Bəhruz Xələfov və İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru, dossent Kəmalə Süleymanlı İsmayıllıda, eləcə də kollecdə gənclər sahəsində həyata keçirilən çoxsaylı işləri tədbir iştirakçılarının nəzərinə çatıraraq debatın gənclərin həyatında müstəsna rol oynadığını bildiriblər.
Daha sonra Milli Debat Proqramının Regional Mərkəzlər üzrə Meneceri Etiram Sadıqzadə tərəfindən “Milli Debat Proqramı”nın təqdimatı keçirilərək, gənclərə Milli Debat Proqramının fəaliyyətindən və qazandığı uğurlardan danışıb.
Tədbirin ikinci hissəsində “Respublika Gənclər Debat Forumu: Yaz 2017” çərçivəsində İsmayıllıda keçiriləcək Regional Forumda iştirak edən gənclərə debatın “Karl Popper” təlimi keçilib.
İlahə Hacıyeva,
kollecin tələbəsi

Şərh Yaz