Müsəlman dünyasının tolerantlıq mərkəzi

Mayın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam Həmrəyliyi İli” çərçivəsində İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbdə “İslam həmrəyliyi gənclərin gözü ilə” mövzusunda tədbir keçirMüsəlman dünyasının tolerantlıq mərkəzi
Müsəlman dünyasının tolerantlıq mərkəzi   ilib.Tədbirdə İsmayıllı RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Rayon Polis Şöbəsinin əməkdaşı Elsevər Mazanov, “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin sədri Şahməmməd Soltanov, şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbin direktoru Ramil Dadaşov, müəllimlər və şagirdlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan RİH-nin rəsmisi M.Məhərrəmov qeyd edib ki, Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi dünya müsəlmanlarının bir araya gələrək, qanlı toqquşmalara son qoyması kimi yüksək amallara xidmət edir.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri R.Rəhimli müsəlman dünyasının tolerantlıq mərkəzi olan Azərbaycanın multikulturalizm və İslam mədəniyyətinə böyük töhfələr verdiyini qeyd edib. Natiq İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək İslam həmrəyliyinin təkcə müsəlman dünyası üçün deyil, eyni zamanda bütün dünya üçün önəminə toxunub.
Daha sonra “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin sədri Ş.Soltanov, şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin direktoru R.Dadaşov çıxış edərək ölkəmizin multikultural dəyərlərə və tolerantlığın təşviqinə verdiyi töhfələrə görə dünyada nümunə kimi qəbul olunmasını diqqətə çatdırıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Rəna Rəhimova,
məktəbin müıllimi

Şərh Yaz