Tələbələrlə görüş

May ayının 1-də İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı – polis polkovnik-leytenantı Fizuli Qurbanov və “XIX əsrin Qadınları” ictimai birliyinin və İnsan Alverinə Qarşı Mübarizə üzrə qeyri-hökumət təşkilatları koalisiya sədri Mahirə Əmirhüseynova müəllim və tələbə heyyəti ilə görüş keçirib.Tələbələrlə görüş    Görüşdə insan alveri qurbanı ola bilən insanların risk qrupları, insan alveri qurbanı olanların qarşılaşdığı problemlər və digər məsələlərdən söhbət açılıb, bir çox məsələlər müzakirə edilib.
F.Qurbanov çıxışında əsasən gəncləri daha ayıq olmağa səsləyərək hər hansı işgüzar təklif alarkən bu işin nə qədər qanuni olmasını araşdıraraq sonra qərar verilməsini tövsiyyə edib.
M.Əmirhüseynova erkən nigah və onun bəlalarından, xarici ölkə vətəndaşları ilə qurula bilən nigahların fəsadlarından və mövzu ilə bağlı digər məsələlər barədə geniş məruzə edib.
Azad Şahalıyev

Şərh Yaz