Yaddas kitabcasi

Layiqli vətəndaş kimi işgüzarlıq nümayiş etdirməliyik

Ümummilli lidРµrimiz HРµydər ƏliyРµvin siyР°si kursunun bР°cР°rıqlı vР°risi, Рѕnu məhР°rətlə inkişР°f Рµtdirən möhtərəm prРµzidРµntimiz İlhР°m ƏliyРµvin rəhbərliyi Р°ltındР° ölkəmizdə yР°rР°dılР°n ictimР°i-siyР°si sР°bitlik, dРµmРѕkrР°tik şərР°it bələdiyyələrin dР°hР° çРµvik idР°rəРµtmə qurumunР° çРµvrilməsinə geniş üfüqlər açmışdır. PrРµzidРµntimizin imzР°lР°dığı sənədlər, bələdiyyələrin inkişР°fınР° göstərdiyi diqqət və qayğı işgüzР°rlığımızı, məsuliyyətimizi dР°hР° dР° Р°rtırmışdır. Odur ki, bələdiyyələr gündən-günə inkişР°f Рµdir, möhkəmlənir, yРµrli məsələlərin həllində dР°hР° inР°mlР° çalışır, əhР°linin bu prРѕsРµslərə cəlb Рµdilməsində fəР°llıq göstərir.
Layiqli vətəndaş kimi işgüzarlıq nümayiş etdirməliyik
Layiqli vətəndaş kimi işgüzarlıq nümayiş etdirməliyik
Layiqli vətəndaş kimi işgüzarlıq nümayiş etdirməliyik
Layiqli vətəndaş kimi işgüzarlıq nümayiş etdirməliyik
Bələdiyyələrin çalışmalarından əlavə, İsmayıllı Rayonu İcra Hakimiyyətinin başçısı, professor, Əməkdar elm xadimi Mirdaməd Sadıqovun rayonda apardığı abadlıq-quruculuq işləri hər birimizə nümunə olmaqla göz qabağındadır. Son 4 ildə rayonun ən xırda kəndlərində belə abadlıq işləri aparılmış, əhalinin yaşam səviyyəsi yaxşılaşmışdır.
Lahıc bələdiyyəsi cari ildə qarşıya qoyduğu tapşırıqlara demək olar ki, nail olmuşdur. “Bazar meydanı” adlanan ərazinin kanalizasiya sistemi yenidən qurulmuşdur, həmin ərazinin daş döşəməsi köhnə üsulla tikilib başa çatdırılmışdır.
“Bazar meydanı” adlanan ərazidə köhnə bazarın təmiri başa çatdırılmışdır. Girdiman çayı boyu aktiv olan kanalizasiya xətləri bərpa edilmiş və ekoloji cəhətdən bütün çatışmazlıqlar aradan qaldırılmışdır. Qəsəbənin girəcəyində 2000 ağac və 150 gül kolu əkilmişdir. Məişət tullantılarının daşınması daima diqqət mərkəzində saxlanılmış və bələdiyyə tərəfindən hər il olduğu kimi, yenə də yeni zibil qutuları alınmışdır. Ərazidəki 5 qəbristanlıqda təmizlik və abadlıq işlərinin aparılması təşkil edilmişdir. 2016-cı ildə iki misgər dükanının tikintisi, dəmirçilik sənətinin inkişafı məqsədi ilə emalatxana tikintisi üçün torpaq sahəsi ayrılmışdır.
Lahıc qəsəbəsinin mərkəzi meydanında tikilən “İcma bazarının” sənədləşmə işlərinə bələdiyyə tərəfindən dəstək göstərilmişdir. Burda artıq son tamamlama işləri aparılır. 2017-ci ildə binanın açılışı nəzərdə tutulmuşdur.
Lahıc qəsəbəsində misgərliyin inkişafı üçün “Misgərlik maddi mədəni irsimizdir!” layihəsi Gənclər Fondu və bələdiyyə tərəfindən həyata keçirilmişdir. Eyni zamanda “Ailə Biznesinə Asan Dəstək” xətti və bələdiyyənin təşkilatçılığı əsasında 25 ailə ilə sənətkarlıq və yerli şirniyyat məhsullarının istehaslı, hazır məhsulun bazara çıxarılması üzrə müqavilələr bağlanmışdır. Hazırda bu istiqamətdə iş davam etdirilir.
“Multikulturalizm ili” ilə əlaqədar Lahıc qəsəbəsində Asan könüllülərinin “Həmrəylik düşərgəsi” layihəsi yüksək səviyyədə yerinə yetirilmişdir. ASAN Könüllüləri Təşkilatının təşəbbüsü, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “Regional İnkişaf” ictimai birliyi, Azərbaycan Avtomobil Federasiyası, BMT-nin Əhali Fondunun təşkilati dəstəyi və Lahıc bələdiyyəsinin təşkilatçılığı ilə 20-25 iyul 2016-cı il tarixlərində Azərbaycanda multikultural ənənələrin mövcud olduğu və YUNESCO-nun qeyri maddi mədəni irs siyahısına daxil olan misgərlik sənətinin vətəni Lahıcda baş tutan “Həmrəylik düşərgəsi” layihəsi bir sıra sosial aksiya və tədbirlərin keçirilməsi ilə yadda qaldı.
Düşərgənin açılış mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor İlham Mehdiyev, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, “Həmrəylik Düşərgəsi”nə dəstək vermiş şirkətlərin adından Azercellin prezidenti Vahid Mürsəliyev çıxış etmişdir.
Düşərgənin tərəfdaş və dəstəkçiləri layihəyə maddi formada deyil, sosial məsuliyyət çərçivəsində öz məhsulları ilə PAŞA Sığorta, Baku Media Center, Xəzər TV, YARAT Friends, Azersun, Corella boyaları, Azercell, Sağlam Ailə, Azərbaycan Fotoqraflar Birliyi, ATL Group, SHARP, AZ CAKE, Səba, Procter & Gamble, Favorit marketlər şəbəkəsi, Coca-Cola, Vertikal Qrupu dəstək veriblər.
Bu layihə nəticəsində əslində 3 ekoloji layihə həyata keçirilmişdir. Belə ki, Girdiman çayı boyu təmizlik işləri görülmüş, Lahıc qəsəbəsi ətrafında erroziyaya uğramış sahələr təyin edilmiş, bələdiyyə ərazisində bitən nadir bitkilər müəyyənləşdirilmiş və onların qorunması istiqamətində iş aparılmışdır.
Böyük çətinliklərə baxmayaraq bu layihəni uğurla başa çatdırdıq. Layihə nəticəsində Qarabağ şəhidləri ailələrinə, Qarabağ müharibəsi əllilərinə, Böyük Vətən müharibəsi veteranlarına, Г‡ernobl əllilərinə və Əfqanıstan veteranlarına hədiyyələr verilmiş və onlarla görüşlər təşkil olunmuşdur. Hədiyyələr Bakı şəhərindən gəlmiş Milli Qəhrəmanlarımız və tanınmış qonaqlarımız tərəfindən təqdim edilmişdir. Layihənin istiqamətlərindən biri Lahıc qəsəbəsinin mərkəzi küçəsində (N.Hüseynov küçəsi) və Ağolu məhəlləsində küçə boyu yerləşən qapıların laklanması olmuşdur. ASAN könüllülərin iştirakı ilə bu tapşırıq uğurla yerinə yetirilmişdir. Layihə üzrə Lahıc qəsəbə tam orta məktəbinə təmir üçün kifayət qədər boya materialı verilmiş, Lahıc Tarix-Mədəniyyət Qoruğunun, Lahıc qəsəbə muzeyinin binası təmir edilmişdir. Layihə 2017-ci ildə də bələdiyyə ərazisində davam etdiriləcək.
145 nəfər imkansız şagirdə məktəbli ləvazimatı və geyimi verilməsini də təşkil edə bilmişik. Bələdiyyə “ASAN məktub”la, Azərbaycan Avtomobil Federasiyası, AXA MBASK sığorta şirkəti ilə, Azər Türk bank və Bakcell şirkəti ilə bircə layihə həyata keçirmişdir.
Tərəfimizdən Sağlam Ailə klinikası ilə müqavilə bağlanmış, klinikanın həkim heyəti bir gün müddətində Lahic qəsəbə xəstəxanasında əhaliyə pulsuz xidmət göstərmişdir.
Bələdiyyə sədri GİZ təşkilatının xətti ilə Avstriyada “Ekologiyanın qorunması, yaylaq və otlaqların erroziyası məsələləri üzrə beynəlxalq layihə”də iştirak etmişdir.
Kənd təsərrüfatının inkişafı istiqamətində fermerlərə dəstək göstərilmiş, onların üzləşdikləri çətinliklər aradan qaldırılmışdır.
Lahıc qəsəbəsi və Ərəgit kəndinin mərkəzi su xətlərinə baxış keçirilmiş, Lahıca gələn su xətti bərpa edilmişdir. Əhalinin içməli su ilə təminatı tam yerinə yetirilmişdir.
Lahıc bələdiyyəsi qРµyri-hökumət təşkilР°tlР°rı və ictimai birliklərlə daim əməkdР°şlıq edir. Turistlərin əraziyə cəlbi, onların yerli adət-ənənələr barədə məlumatlandırılması sahəsində hərtərəfli iş aparılmışdır. Bir sıra təşkilatların nümayəndələri ilə görüşlər keçirilmiş, qəsəbədə turizmin inkişafı və yerli əhaliyə gəlir gətirən sahələrin inkişafına diqqət artırılmışdır. Bu istiqamətdə bələdiyyə ərazisində 4 layihə həyata keçirilmişdir.
Bələdiyyəmiz rayonun bütün mədəni tədbirlərində iştirak edir. Lahıcın qədim tarixi məkan olmasını nəzərə alaraq bura gələn turistlərə mədəni xidmətin göstərilməsi və mədəni-kütləvi tədbirlərin təşkilində bələdiyyə 10-a yaxın layihə həyata keçirmişdir. Açıq səma altında teatrların və konsertlərin təşkili bu tədbirlədən olmuşdur.
Qəsəbə ərazisində, eləcə də qəbiristanlıqlarda iməciliklər keçirilmiş, qəsəbədaxili elektrik xəttində bərpa işləri aparılmışdır.
Bələdiyyə ərazisindəki zəbt torpaqlarla bağlı həlli vacib məsələlər diqqətdə saxlanılmış, bu istiqamətdə Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəsisləri ilə iş aparılmış, ərazinin elektron xəritəsi işlənmişdir. Əhalinin istifadəsində və mülkiyyətində olan torpaq sahələri müəyyən olunmuş, örüş və otlaq sahələri təyinatı üzrə istifadə olunmuşdur. Erroziyaya uğrayan torpaqlar müəyyən olunmuş, Almaniyanın GİZ təşkilatı ilə cari ildə müştərək işlərin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
Ərazidə xeyli xeyriyyə işi görülmüş, Lahıc qəsəbəsi ilə Ərəgit kəndinin birləşməsində “Xeyir-şər” evinin tikintisi başa çatmış, burada açılış mərasimi keçirilmişdir. Açılış mərasimində rayonun hörmətli rəhbəri Mirdaməd müəllim iştirak etmişdir. Lahıc qəsəbəsi ilə Ərəgit kəndinin arasındakı çay üzərində qoyulan körpü, “Bədöyun” qəbiristanlığının mərkəzi küçə ilə həmsərhəd olan 50 metr divarın ümumi memarlığa uyğun təzədən hörülməsi, 500 kvadratmetr küçənin daşla döşənməsi görülən işlərdəndir.
Görülmüş işlərə görə Lahıc bələdiyyəsi İsmayıllı İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanla təltif edilmişdir.
Görülən işlərin bir qismi haqqında söz açsam da, həllini gözləyən prРѕblРµmlərimiz də vР°rdır. Əminik ki, bələdiyyəmiz, rР°yРѕnumuz, Рµləcə də respublikamız 2017-cı ildə də böyük nР°liyyətlər əldə Рµdəcəkdir.
Bunun üçün qР°rşıyР° qРѕyulan vəzifələri layiqincə yРµrinə yРµtirməli, məsuliyyətimizi və çРµvikliyimizi Р°rtırmalı, ölkənin layiqli vətəndaşı kimi işgüzarlıq nümayiş etdirməliyik.
Rövşən Əliyev,
Əməkdar müəllim, İsmayıllı rayon Lahıc bələdiyyəsinin sədri

Şərh Yaz