Zaman dəyişsə də düşmən dəyişmir

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin kollektivi rayonda keçirilən əksər tədbirlərdə yaxından və çoxsaylı heyətlə iştirak edir.
Zaman dəyişsə də düşmən dəyişmir
Mart ayının 31-də iki mindən çox İsmayıllı sakininin – idarə və müəssisə işçilərinin, məktəblilərin 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününü qeyd etdiyi tədbirə kollecimiz də qatıldı. “Ana harayı – Soyqırımı” abidəsini ziyarət etdik.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının məsul əməkdaşları abidənin önünə gül dəstələri qoydu.
Anım mərasimini Dövlət qulluğu veteranı Valeh Salehov açdı. O, tarixi düşmənlərimizin zaman-zaman xalqımızı məruz qoyduğu soyqırımı hadisələrindən, qətliamlarından, işğalçılıq siyasətindən danışdı.
Bütün dövrlərdə erməni vəhşilikləri nəticəsində şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Г‡ıxış edənlər 1918-ci ildə azərbaycanlıların ermənilər tərəfindən kütləvi şəkildə qırılmasından, dinc insanlara qarşı olunmuş vəhşiliklərdən və sonrakı soyqırımı hadisələrindən danışdılar. “Soyqırımı” abidəsi və torpağlarımızın azadlığı uğrunda Qarabağda şəhid olanların xatirəsini əbədiləşdirən xatirə kompleksi kütləvi ziyarət olundu. Həmin gün yaddaşlar bir daha təzələndi. Zaman dəyişsə də düşmənin dəyişmədiyi gənc nəslin diqqətinə çatdırıldı.
Ziya Əliyev,
gənclərin cağırışaqədərki hərbi rəhbəri

Şərh Yaz