Bizlanda soyqırımı günü qeyd edilib

Mart ayının 31-də Bakı şəhərində, Azərbaycanın müxtəlif bölgə və yaşayış məntəqələrində vəhşi və amansız erməni vandalları tərəfindən aparılmış soyqırımından 99 il ötür. Bu ildönüm münasibətilə İsmayıllı rayonu Bizlan kənd ümumi orta məktəbində anım tədbiri keçirilib. Tədbirdə məktəbin pedaqoji kollektivi, İsmayıllı RİH başçısının Bizlan kənd İƏD üzrə nümayəndəliyi, kənd ağsaqqalları və fəalları iştirak ediblər.
Bizlanda soyqırımı günü qeyd edilib
Bizlan kənd İƏD üzrə nümayəndə Ş.Əmrahiyev çıxış edərək xain və fitnəkar ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımılar və bunların acı nəticələri barədə, Azərbaycanın müxtəlif bölgələrində olduğu kimi, Şamaxı qəzasının tərkibində olan bir sıra yaşayış məntəqələrində, o cümlədən, Tircan, Bizlan və digər kəndlərdə silahsız, dinc sakinlərə qarşı törədilən vəhşiliklər haqqında ətraflı məlumat verib. Xalqımızın haqq səsinin eşidiləcəyi və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanacağımız qələbənin uzaqda olmadığını bildirib. Г‡ıxışlardan sonra 31 Mart – Azərbaycanlıların Soyqırımı haqqında video-çarx və şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Namiq Kərimov

Şərh Yaz