Yaddas kitabcasi

Bildiriş

Elektron xidmət növlərindən istifadə barədə
Hörmətli vergi ödəyicisi!

10 saylı Ərazi Vergilər İdarəsi vergi hesabatlarının qanunla müəyyənləşdirilmiş müddətlərdə təqdim edilməsini təmin etmək, əlavə maliyyə itkilərinin qarşısını almaq məqsədilə vergi hesabatlarının vergi orqanına müqavilə bağlayaraq alınmış istifadəçi kodu, parol və şifrədən istifadə edərək elektron sənəd formasında göndərilməsini Sizə tövsiyə edir.
Bildiriş
Belə ki, Vergi Məcəlləsinin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə Vergilər Nazirliyinin müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər.
Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər.
Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Vergilər Nazirliyinin müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü, 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir, yəni vergi hesabatı elektron sənəd formasında göndərildikdə onun vergi ödəyicisi və bəyannamənin tərtib edilməsində iştirak edən müstəqil auditor tərəfindən imzalanması, hüquqi şəxs olduqda möhürlə təsdiqlənməsi tələb olunmur.
Nazirlər Kabinetinin 27 iyul 2007-ci il tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş ”Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası”na uyğun olaraq Sizə vergi orqanı tərəfindən elektron bəyannamənin (hesabatın) təqdim edilməsi və onları təqdim edənlərin identikləşdirilməsi üçün xüsusi proqram təminatı vasitəsilə hazırlanan və vergi ödəyicilərinə qapalı zərfdə verilən məxfi məlumatların kombinasiyasından ibarət istifadəçi kodu, şifrə və parol verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 nömrəli, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına müvafiq olaraq Vergilər Nazirliyi tərəfindən 62 adda, o cümlədən “Sadələşdirilmiş vergi bəyannaməsinin vergi orqanına onlayn təqdim edilməsi”, “Г‡ağrı Mərkəzi vasitəsilə “Sadələşdirilmiş vergi bəyannaməsi”nin təqdim edilməsi” elektron xidmətlərin inzibati reqlamentləri təsdiq edilərək vergi ödəyicilərinin istifadəsinə verilmişdir və bunlar modern və çevik idarəetmənin təmin edilməsi, vergi orqanlarının fəaliyyətində şəffaflığın artırılması və karropsiyaya şərait yaradan halların aradan qaldırılmasına xidmət edir.
Aparılan təhlillərlə müəyyən edilmişdir ki, elektron xidmətlərdən istifadənin genişləndirilməsi ilə əlaqədar görülən tədbirlərə baxmayaraq tərəfinizdən vergi hesabatları vergi orqanlarına kağız daşıyıcılarda təqdim edilir və bu da son nəticədə əlavə vaxt və maliyyə itkiləri ilə nəticələnir.
Vergi orqanları tərəfindən göstərilən elektron xidmət növlərinin siyahısı, onların istifadəçi təlimatları və inzibati reqlamentləri barədə məlumatları Vergilər Nazirliyinin www.taxes.gov.az rəsmi internet səhifəsinin “E-xidmətlər” bölməsindən əldə edə bilərsiniz.
Əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin 195-1 nömrəli Г‡ağrı Mərkəzinə, 10 saylı Ərazi Vergilər İdarəsinə və ya Sizə yaxın olan istənilən Vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilərsiniz.
10 saylı Ərazi Vergilər İdarəsi

Şərh Yaz