Yaddas kitabcasi

Sosial məsələlərin həllində sakinlərin iştirakı zəruridir

Vaxtilə 4-5 evin bacasından tüstü çıxan Vəng kəndində indi 406 nəfər sakin, 88 təsərrüfat, 78 ev vardır. Bir zamanlar bağlanmış məktəb indi 74 şagirdlə tam orta məktəb kimi fəaliyyət göstərir. Əhali maldarlıq və taxılçılıqla məşğuldur. Bu günkü inkişafa, sosial həyat səviyyələrinə görə qəbul-görüşə gələnlər dövlətə, dövlət başçısına minnətdarlıq ediblər.Sosial məsələlərin həllində sakinlərin iştirakı zəruridir
Fevral ayının 28-də keçirilən görüş-qəbulu açan RİH-nin başçısı Mirdaməd Sadıqov kənd təsərrüfatı istehsalı sahəsində hər bir fiziki və hüquqi şəxsin, fermerin, icra və özünüidarəetmə strukturunun üzərinə düşən vəzifələrdən, sosial məsələlərin həllində onların fəal iştirakının zəruriliyindən danışıb. Qeyd edib ki, indi hər bir kəsin iş qurması, öz təsərrüfat fəaliyyəti ilə rayon büdcəsinin formalaşmasında səmərəli iştirakı çox əhəmiyyət kəsb edir. Hər şeyi hazır gözləməklə məqsədə çatmaq mümkün deyildir. Yeni təsərrüfatçılıq üsullarından və optimal idarəetmə metodlarından ətraflı danışan RİH-nin başçısı M.Sadıqov sözü, təklifi, arzusu, problemi olan hər bir iştirakçını həssaslıqla dinləyib.
Yelmar Hacıməmmədov kəndin problemlərini onlardan daha yaxşı bilən Mirdaməd müəllimə ağsaqqal təşəkkürünü bildirib və xahiş edib ki, qaldırılan məsələlər gündəlik diqqətdə saxlansın. Rəcəb Həsənov xahiş edib ki, Ruşan İƏD-i üzrə icra nümayəndəsinin müavini Vəngdən olsun. RİH-nin başçısı bu təklifi də müsbət qarşılayıb. Pensiyaçı Əvəz Əmirov Ruşan-Vəng yolunun təmir olunmasını xahiş edib. Kəndaxili yolların təmir olunması, yarasız elektrik dirəklərinin dəyişdirilməsi təklifləri də iştirakçılar tərəfindən irəli sürülüb.
Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov sakinləri qaldırılan məsələlərin həll olunacağına ümidvar edib.
Ş.Soltanov

Şərh Yaz