Qayğı və diqqətə əməli işlə cavab verirlər

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müntəzəm olaraq yerlərə gedir, sakinlərlə görüş-qəbullar keçirir, qaldırılan məsələlərin həlli üçün tədbirlər hazırlayır.Qayğı və diqqətə əməli işlə cavab verirlər
Qayğı və diqqətə əməli işlə cavab verirlər
28 fevral 2017-ci il tarixdə Ruşan kənd sakinləri ilə görüş-qəbul bir daha göstərdi ki, müxtəlif milli, etnik qrupların, dil və coğrafi məkan mənsublarının məskunlaşdığı Ruşan kəndinin sakinləri həmişə olduğu kimi dövlət mövqeyindədirlər, vətəndaş olaraq üzərlərinə düşən vəzifələrin mahiyyətini dərindən dərk edir və onların icrası üçün fəallıqla çalışır, cənab Prezidentin qayğı və diqqətinə əməli işlərlə cavab verirlər. Г‡alışırlar ki, rayonun ümumi inkişafında daha çox payları olsun.
Görüş-qəbulu açan RİH-nin başçısı Mirdaməd Sadıqov ruşanlıların bu keyfiyyətlərini təqdir edərək kəndin mövcud durumundan danışıb. Bildirib ki, kəndə qaz xəttinin çəkilməsinə çox ciddi ehtiyac var. Kənddaxili elektrik xətlərində olan 20 yararsız dirək dəyişdirilməlidir. Kəndarası yolların abadlaşdırılması gündəlikdə duran əsas məsələlərdəndir. Ruşanın sosial problemlərinin həlli üçün vergi borcları vaxtında ödənilməli, ABAD xidmətdən yararlanmaqla müxtəlif təsərrüfatçılıq formalarından istifadə olunmalı, səhmdarlar cəmiyyəti və ya aqropark yaradılmalıdır.
Bir çox digər məsələlərin uğurlu həlli üçün məsləhətlər verən Mirdaməd Sadıqov daha sonra iştirakçıları dinləyib.
Pensiyaçı müəllim İnqilab Məmmədov bir daha qaz çəkilişindən söhbət salıb, məktəb direktoru Rəna Məmmədova yeni məktəb binasına tikilməsinə ciddi ehtiyac olduğunu bildirib, kənd sakini Şəmistan Xıdırov səmimi görüş üçün sakinlər adından təşəkkür edib, eyni zamanda deyib ki, toplaşmaq, tədbir, yığıncağ keçirmək üçün münasib bina yoxdur. Başçı bu və digər məsələlərlə əlaqədar aidiyyatı qurumlara müvafiq tapşırıqlar verib.
Böyük səmimiyyət və qarşılıqlı hörmət şəraitində keçən görüş-qəbuldan hamı razı qalıb.
Ş.Soltanov

Şərh Yaz