Bəşəriyyətə qarşı törədilən cinayət

İsmayıllı rayonunda Xocalı faciəsinin 25-ci ildönümü ərəfəsində məcburi köçkünlərlə görüş keçirilib.
Keçirilən tədbirdə RİH aparatının işçiləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə rəhbərləri, məcburi köçkün ailələri iştirak edib.
Bəşəriyyətə qarşı törədilən cinayət
İlk öncə Xocalı soyqırımında şəhid olanların xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov erməni cəlladlarının xalqımızın başına gətirdiyi müsibətlərdən söz açıb. Bildirib ki, ermənilər tərəfindən həyata keçirilən terror hadisəsi təkcə azərbaycanlılara qarşı deyil, bütün türk dünyasına qarşı törədilən soyqırımıdır.
Digər çıxışlarda da bu qətliamın bəşəriyyətə qarşı törədilən ən dəhşətli soyqırımı, qanlı cinayət olduğu diqqətə çatdırılıb. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kompaniyası çərçivəsində görülən işlər və əldə edilmiş nailiyyətlər xüsusi vurğulanıb. Görüşdə məcburi köçkünlərin problemləri də dinlənilib onların həlli istiamətində müəyyən tapşırıqlar verilib. Qeyd edək ki, Xocalı facisinin, erməni qəsbkarlarının dinc azərbaycanlılara qarşı törətdiyi amansız vəhşiliklərin unudulmaması üçün İsmayıllı rayonunda “Ana harayı” abidəsi ucaldlıb. Hazırda İsmayıllı rayonunda 877 məcburi köçkün ailəsi yaşayır kı, onlardan 15-i Xocalı soyqırımı zamanı köçkun düşən ailələrdir.
Leyla Nadirqızı

Şərh Yaz