Yaddas kitabcasi

Xalqın tarixində şərəfli səhifə

Hər xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Г‡ox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecədə Azərbaycan xalqı sınağa çəkildi. Xalqın içində yetişən qəhrəmanlar üzə çıxdı.
Xalqın tarixində şərəfli səhifə
Xalqın tarixində şərəfli səhifə
Bu fikirlər İsmayıllı Rayon Polis Şöbəsində 20 Yanvar hadisələrinin 27-ci il dönümü münasibəti ilə keçirilən anım mərasimində səslənib.
Anım mərasimində RPŞ-nın xidmət üzrə rəis müavini, polkovnik-leytenant Cavanşir Hüseynov, şöbə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Rauf İsmayılov tarixin o qanlı-qadalı günlərində asayiş keşikçilərinin üzərinə düşən ağır vəzifələrdən söz açıblar.
Tədbirdə “20 Yanvar –“ Qan yaddaşımız” adlı məruzə ilə çıxış edən İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi Vasif Cabbarov yaxın tarixi keçmişimizdə bir xalq kimi yaşadığımız acıların törəmə səbəblərindən və xalqın başına gətirilən müsibətlərdən danışıb. Bildirib ki, Qanlı Yanvar hadisələri Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.
Elçin Məlikov,
Foto müəllifindir

Şərh Yaz