Yaddas kitabcasi

Daha yüksək nəticələr əldə olunacaq

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Talıstan inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2016-cı ilin yekunlarına dair hesabat yığıncağı keçirilib. İsmayıllı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Telman Ağasıyevin də iştirak etdiyi yığıncaqda RİH başçısının İƏD üzrə nümayəndəsi Sihhət Şirəliyev hesabat məruzəsi ilə çıxış edib. Daha yüksək nəticələr əldə olunacaq
Yola saldığımız ilin respublikada və rayonumuzda uğurlu nəticələrindən bəhs edən məruzəçi Talıstan kəndindəki fərdi təsərrüfatlarda yaradılmış ərzaq bolluğundan, xüsusilə taxılçılıqda qazanılan uğurlardan danışıb, qazanılan nəticənin cari ildə daha da yüksəldiləcəyindən söz açıb.
Kəndin sosial durumu barədə fikir söyləyən S.Şirəliyev əvvəlki illərlə müqayisədə son illərdə ərazidə gedən müsbət dəyişikliklərdən danışıb.
İqtisadi baxımdan son günlərin yaratdığı ümumi, məlum məsələlərə toxunan İƏD nümayəndəsi, ərazidəki sakinləri daha işgüzar, mümkün qədər qənaətcil olmağa səsləyib. O bildirib ki, yaranan vəziyyət müvəqqəti hal daşıyır. Г‡ünki Azərbaycan dövləti əvvəlki illərdə üzləşdiyi böhranlardan uğurla çıxıb. İstənilən halda arzulanan şəraiti yaratmaq üçün vaxt və iradə lazımdır.
S.Şirəliyev məruzəsində Prezident İlham Əliyevin İsmayıllıya səfərinə də istinad edib. Prezident İsmayıllıya səfəri zamanı demişdir: “Biz statistikaya nəzər salsaq görərik ki, fındıq kənd təsərrüfatı məhsulları arasında ən çox valyuta gətirən məhsuldur. Ona görə də kütləvi şəkildə fındıq bağları salınmalıdır. İsmayıllıda bu, o qədər də geniş vüsət almayıb. Burada minlərlə hektar sahədə fındıq əkilməlidir, çünki iqlim də, torpaq da buna imkan verir. Fındıq əkənlər bundan xeyli fayda götürəcək, onlara böyük miqdarda pul gələcək, həm də ixrac edəcəklər”.
Hesabat ilində 1,20 hektar sahədə fındıq bağı salınıb və bu sahədə işlər davam etdirilir.
2016-cı ildə 3 nəfərin qulluq etdiyi baramadan 120 kiloqram məhsul əldə edilib. Qazanılan vəsait bu işdə zəhməti olanlar arasında bölüşdürülüb. Əminik ki, 2017-ci ildə bu sahədə daha yüksək nəticələr əldə olunacaq.
Hesabat yığıncağında iştirak edən ağsaqqallar dünyada və ölkədə baş verən iqtisadi məsələlərə görə narahatçılığa əsas olmadığını vurğulayıblar. Belə hallarda birlik nümayiş etdirməyin, Prezidentin ətrafında sıx birləşməyin daha düzgün və faydalı yol olduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırıblar.
Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb. RİH başçısı Mirdaməd Sadıqova müraciət qəbul olunub.
Ş.Soltanov

Şərh Yaz