Yaddas kitabcasi

Azadlıq ağacları

Şaxtalı qış gecəsi,
Göydən alov ələndi.
Nalə ərşə ucaldı,
Şəhər qana bələndi.
Azadlıq ağacları
Bu tələni millətə
Xaçlı bir şeytan qurdu.
Axır-zaman gəlir, ya
Qana susamış ordu?

Hər kəs imperiyadan
Hazır hesab sormağa.
Zəncirləri, qandalı
Dişiylə qoparmağa.

Bu torpağın keçmişi,
Bu yurdun tarixi var.
Ey millətə gor qazan,
Fələyin öz çərxi var.

Şəhidlik ölüm deyil,
Şanlı əbədiyyətdir.
İlham-Fərizə eşqi
Əbədi məhəbbətdir.

İblis elə bilməsin,
Gözümdə qorxu, qan var.
Azadlıq ağacları
Əkdi 20 Yanvar.

Bara düşdü ağaclar,
Yetişdi təxtə varis.
Bir orduya cavabı
Təkcə verdi Mübariz.
Tərlan Saleh

Şərh Yaz