Biz Vətən üçün doğulduq

Rayonumuzda fəaliyyət göstərən uşaq bağçalardan birinə Elmira Əsədova rəhbərlik edir. Bu bağçanı çoxları onun adı ilə tanıyırlar. Buna səbəb ondakı səmimiyyət və işgüzarlıqdır. Uşaqlar onu xoş xasiyyətinə, nurani çöhrəsinə görə bir ana, bir nənə kimi sevirlər. Biz Vətən üçün doğulduq
Rayonumuzda fəaliyyət göstərən uşaq bağçalardan birinə Elmira Əsədova rəhbərlik edir. Bu bağçanı çoxları onun adı ilə tanıyırlar. Buna səbəb ondakı səmimiyyət və işgüzarlıqdır. Uşaqlar onu xoş xasiyyətinə, nurani çöhrəsinə görə bir ana, bir nənə kimi sevirlər. Biz Vətən üçün doğulduq
Elmira müəllim şəhid ailəsinin başçısı, 1994-cü ildə Ağdam bölgəsində şəhid olmuş polkovnik-leytenant Ağahüseyn Aslanovun ömür-gün yoldaşıdır. Ömrünün 44-cü baharında şəhid olan Ağahüseyn 4 övladını Elmira müəllimin ümidinə qoydu. O vaxtdan o, uşaqları ilə bərabər bağçadakı fidanların qayğısını çəkməli oldu. “Eldən gedən oğul” kitabında A.Aslanov və E.Əsədovanın həyatı barədə kifayət qədər məlumat verilib.
Bağça uşaqlarının azyaşlı olmalarına baxmayaraq Elmira müəllim onların vətənpərvərlik ruhunda tərbiyə olunmasına ciddi diqqət yetirir.
Bağçada tez-tez müxtəlif məzmunlu tədbirlər keçirilir. Tərbiyəçilərdən Gülxanım Babayeva, Nahidə Nurəliyeva, Güllər Hacıyeva, Elnarə Məmmədova və Vüsalə Abdıyeva hər gün körpələrin qayğısını çəkməklə, onların təlim-tərbiyəsi, gələcəyin vətəndaşı kimi böyümələrinə çalışırlar. Г‡alışmaların nəticəsidir ki, burada tərbiyə alan uşaqlar məktəbə qəbula tam hazırlıqlı olurlar. Onlar sərbəst şəkildə şeirlər söyləyir, mahnılar oxuyur, rəqs edir, rəsm çəkirlər.
Balacaların vətənpərvər ruhda tərbiyəsi bağçada ön plana çəkilir. Onlar 20 Yanvar ərəfəsində balaca əllərində bayraq, qərənfillər tutaraq Şəhidlər xiyabanına addımladılar, şəhid məzarları önündə baş əydilər: Biz Vətən üçün doğulmuşuq, – dedilər. Bağça uşaqlarından bu ifadələri eşitmək çox qürurvericidir.
Xəyalə Kərimova,
şəhər 2 nömrəli tam orta məktəbinin uşaq təşkilatı rəhbəri

Şərh Yaz