Şəhidlərin ruhuna ehsan süfrəsi açılıb

Tahir Məhərrəmov Qalagah kənd yaradıcılıq evinin müdiridir. 20 Yanvar şəhidlərinin 27-ci ildönümü ərəfəsində, ümumxalq hüzn günündə imkanları daxilində çay süfrəsi açmaq istəyi RİH başçısının Qalagah İƏD-i üzrə nümayəndəsi Xanbut Xanbutov və Qalagah bələdiyyəsinin sədri Valeh Məmmədov tərəfindən bəyənildi. Onlar bu fikri kənd camaatına çatdırdılar. Şəhidlərin ruhuna ehsan süfrəsi açılıb     Yanvar ayının 20-də 120 nəfərə yaxın kənd sakini yaradıcılıq evinə gələrək, burada təşkil olunmuş tədbirin iştirakçısı olub. Tədbirdə 20 Yanvar şəhidlərinin, eləcə də müxtəlif zamanlarda Vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş soydaşlarımızın əziz xatirəsi ehtiramla yad olunub. Г‡ay süfrəsində şəhidlərin ruhuna dualar oxunub.
Daha sonra bir qrup kənd sakini ilə kəndin yetirməsi olan şəhid Balayar Əmirxanovun ailəsi və onun kənd qəbiristanlığında uyuduğu qəbri ziyarət olunub.
Allah şəhidlərimizə rəhmət eləsin.
Ceyhun Ələkbərov,
kənd kitabxanasının müdiri

Şərh Yaz