Vətənpərvər ruhda tərbiyə

Yanvar ayının 17-də İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin yuxarı sinif şagirdləri müəllimləri ilə birgə 20 Yanvar faciəsinin 27-ci il dönümünə həsr edilmiş tədbirlər planına uyğun olaraq məktəbin şəhid-məzunlarının məzarlarını ziyarət ediblər. Vətənpərvər ruhda tərbiyə  Əvvəlcə torpaqlarımızın bütövlüyü və azadlığı, dövlətimizin müstəqilliyi uğrunda şəhid olanların ruhlarına Qurani-Kərimdən ayələr oxunub. Vətəni canından artıq sevən, döyüşlərdə həlak olan şəhidlər haqqında məktəbin direktoru Qalib Bəşirov və məktəbin Г‡ağrışaqədərki hazırlıq müəllimi Əsgər Manafov ətraflı çıxış ediblər.
Məktəbin təşkilatı işlər üzrə direktor müavini Səxavət Əliyevin təşəbbüsü ilə keçirilən bu tədbirdə şagirdlərin fəal iştirakı onların vətənpərvər ruhda tərbiyə almalarının bariz nümunəsidir.
Elvin Əliyev

Şərh Yaz