20 Yanvar mövzusunda inşa-yazı müsabiqəsi

13 yanvar 2017-ci il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayılı rayon Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “20 Yanvar -Ümumxalq Hüzn Günü”nə həsr olunmuş “20 Yanvar- Qan yaddaşımızdır!” mövzusunda məktəblərin yuxarı sinif şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirilib. 20 Yanvar mövzusunda inşa-yazı müsabiqəsi   Tədbir faciə qurbanları xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov iştirakçıları salamlayıb, Qanlı 20 Yanvar gününün tarixi barədə iştirakçılara geniş məlumat verib. O vurğulayıb ki, 20 Yanvar faciəsi əslində ermənilərin məkrli hiylələrinin həyata keçirə bilmədiklərini sübut etdi, Azərbaycan xalqının başına mərhələlərlə mənfur düşmən tərəfindən gətirilən müsibətlərin qarşısında yenə də xalqın iradəsi qırılmadı.
Rayon Təhsil Şöbəsinin metodisti Nəriman Qəniyev də iştirakçıları salamlayıb. 20 Yanvar şəhidlərinin necə böyük şücaət göstərdikləri, həmçinin inşa-yazı müsabiqəsinin şərtləri barədə iştirakçılara məlumat verib.
Yazı üçün ayrılan bir saat ərzində gənclər fikir və duyğularını bədii ifadələrlə kağıza köçürüblər.
İsmayıllı şəhər 1, 2, 4, 5, 6 nömrəli tam orta, Cülyan, Talıstan, Diyallı, Təzəkənd, Topçu, Quşencə, Buynuz, Hacıhətəmli, Aşıqbayramlı, Qalagah kənd və Lahıc qəsəbə tam orta məktəblərindən gələn 33 şagirdin iştirak etdiyi inşa-yazı müsabiqəsinin nəticələri yoxlama komissiyasının rəyi əsasında bəlli olacağı bildirilib.
Şəhla Qafarova

Şərh Yaz