Vergi ödəyicilərinə!

Məktub в„– 1

Hörmətli vergi ödəyicisi!
Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixdən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixdən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilməlidir.
Vergi ödəyicilərinə!    Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura təqdim etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.
Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturadan ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Belə ki, 01.01.2017-ci il tarixdən qüvvəyə minən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 16.12.2016-cı il tarixli 454-VQD nömrəli Qanununun 1.5.6-cı və 1.24-cü bəndlərinə əsasən Vergi Məcəlləsinə müvafiq olaraq 16.1.11-6-cı, 16.1.11-7-ci və 71-1-ci maddələr əlavə edilmiş, 1.22.3-cü bəndinə əsasən Vergi Məcəlləsinin 58.8-ci maddəsi yeni redaksiyada verilmiş və Qanunun 2-ci maddəsi ilə keçid müddəaları müəyyən edilmişdir.
Bu Qanunla www.taxes.gov.az/mecelle/deyishiklik internet ünvanı üzrə tanış ola bilərsiniz.
Odur ki, qanunla müəyyən edilmiş müddətdən etibarən elektron qaimə-fakturalarının tətbiqinə başlamalısınız. Əks halda Sizə qarşı qanunvericilikdə nəzərdə tutulmuş maliyyə sanksiyaları tətbiq ediləcəkdir.

Məktub в„– 2

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 01.01.2017-ci il tarixdən etibarən vergi ödəyicilərinin hüquq və vəzifələrində bir sıra əlavə və dəyişikliklər edilmişdir.
Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi məqsədilə vergi orqanlarına ərizə ilə müraciət etmək, qanunvericiliklə müəyyən edilmiş qaydada kommersiya və (və ya) vergi sirrinin qorunmasını tələb etmək vergi ödəyicisinin hüquqlarına şamil edilmişdir.
Aşağıdakılar isə vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir:
– hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqvim ili ərzində aşağıda göstərilən hər bir şəxs üzrə ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair Vergilər Nazirliyinin müəyyən etdiyi formada arayışı təqdim etmək:
• Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər;
• qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi;
• Azərbaycan Respublikasının rezidenti və (və ya) qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər;
– yuxarıda qeyd olunan şəxslərə dair məlumatları (o cümlədən onların reyestr məlumatlarını) vergi orqanının tələbi ilə təqdim etmək;
– sadələşdirilmiş vergi üzrə sabit vergi məbləği ödəyən şəxslərin nəzərdə tutulan fəaliyyət növlərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almaqla həyata keçirmək;
– aşağıdakı fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək:
• qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 faizdən çox olduqda);
• kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;
• səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;
• qiymətli kağızların və lotereya biletlərinin satışı;
• elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti;
– nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq POS-terminalların quraşdırılmasını və (və ya) “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq satıcı kimi fəaliyyət göstərdikdə, həmin Qanuna əsasən istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək;
– vergi orqanının tələbinə əsasən maliyyə institutlarında vergi monitorinqinin aparılması ilə bağlı vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən həyata keçirilən maliyyə əməliyyatları barədə sənədləri və məlumatları vergi orqanlarına və onların vəzifəli şəxslərinə təqdim etmək;
– maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsini və Vergi Məcəlləsinə uyğun olaraq maliyyə institutları tərəfindən təqdim edilməsi nəzərdə tutulan məlumatların əks olunduğu forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən elektron hesabatların təqdim edilməsini təmin etmək;
– Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarının vəzifəli şəxslərinə əmlakın siyahıya alınmasına, həmin əmlakın məsul saxlamaya qoyulması üçün götürülməsinə zəruri şərait yaratmaq, habelə onların bu sahədə qanuni fəaliyyətlərinə maneçilik törətməmək;
– sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək;
– pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti zamanı malların (işlərin, xidmətlərin) alıcılarına onların tələbinə əsasən nəzarət-kassa aparatının çeki ilə yanaşı, qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura təqdim etmək;
– qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların yalnız nağdsız qaydada həyata keçirilməsini təmin etmək.
– vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlərin vergi agenti təyin olunduqdan sonra 30 gün ərzində vergi orqanlarına Vergilər Nazirliyinin müəyyən etdiyi formada arayış təqdim etmək.
Belə ki, 01.01.2017-ci il tarixdən qüvvəyə minən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 16.12.2016-cı il tarixli 454-VQD nömrəli Qanununun 1.4.1-ci, 1.5.2-ci, 1.5.3-cü, 1.5.6-cı və 13.2.16-cı bəndlərinə əsasən Vergi Məcəlləsinə müvafiq olaraq 15.1.2-1-ci, 16.1.4-1-ci, 16.1.7-1-ci, 16.1.11-3–“16.1.11-8-ci və 17-1-ci maddələr əlavə edilmiş, 1.4.2-ci və 1.5-ci bəndlərinə əsasən Vergi Məcəlləsinin 15.1.10-cu və 16.1.4-cü maddələrində dəyişikliklər edilmiş, 1.5.4-cü və 1.5.5-ci bəndlərinə əsasən Vergi Məcəlləsinin 16.1.8-ci və 16.1.11-1-ci maddələri yeni redaksiyada təsdiq edilmişdir.
Bu Qanunla www.taxes.gov.az/mecelle/deyishiklik internet ünvanı üzrə tanış ola bilərsiniz.
Odur ki, vergi ödəyicilərinin hüquqlarından istifadə edilməsi və vəzifələrinə riayət edilməsi Sizə tövsiyə olunur. Vergi ödəyicilərinin vəzifələrinə əməl etmədiyiniz halda qanunvericiliklə müəyyən edilmiş maliyyə sanksiyaları və cərimələr ilə rastlaşa bilərsiniz.

Məktub в„– 3

Nəzərinizə çatdırırıq ki, 01.01.2017-ci il tarixdən qüvvəyə minən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16.12.2016-cı il tarixli 461-VQD nömrəli Qanununa və Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 01.01.2017-ci il tarixdən etibarən hesablaşmalar üzrə nağdsız ödənişlər məhdudlaşdırılacaq və qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə maliyyə sanksiyaları tətbiq olunacaqdır, eyni zamanda hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanacaqdır.
Vergi ödəyicilərinə!
ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 (iki yüz min) manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 (otuz min) manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 (on beş) min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Yuxarıda qeyd olunan məhdudiyyət ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 (iki yüz min) manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minir.
Nağdsız hesablaşma dedikdə, aşağıdakılar nəzərdə tutulur:
– bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompyuter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar;
– ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar;
– birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar.
Hər iki tərəf vergi ödəyicisi olan şəxslər arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompyuter və digər avadanlıq) ilə həyata keçirilə bilər.
Yuxarıda qeyd olunanlardan asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir:
– vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;
– “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər;
– dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;
– əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 (iki yüz min) manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;
– stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;
– faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;
– dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);
– təhsil haqlarının ödənilməsi;
– turagentlərə ödəmələr.
Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:
– kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;
– əlvan və qara metal qırıntılarının qəbulu;
– utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
– utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu.
Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların yalnız nağdsız qaydada həyata keçirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.
Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Eyni zamanda hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.
Belə ki, 01.01.2017-ci il tarixdən qüvvəyə minən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 16.12.2016-cı il tarixli 454-VQD nömrəli Qanununun 1.5.6-cı, 1.22.2-ci və 1.58.4-cü bəndlərinə əsasən Vergi Məcəlləsinə müvafiq olaraq 16.1.11-8-ci, 58.7-1-ci və 220.12-ci maddələr əlavə edilmişdir.
Bu Qanunla www.taxes.gov.az/mecelle/deyishiklik internet ünvanı üzrə tanış ola bilərsiniz.
Odur ki, qanunvericiliklə müəyyən edilmiş maliyyə sanksiyalarına məruz qalmamaq üçün qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatlara nəzarət etməyiniz tövsiyə olunur.

Məktub в„– 4

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 01.01.2017-ci il tarixdən etibarən vergiləri könüllü açıqlayanlara maliyyə sanksiyası tətbiq edilməyəcəkdir.
Könüllü vergi açıqlaması –“ səyyar vergi yoxlaması başa çatdıqdan sonra yoxlama zamanı aşkar edilməyən və vergi öhdəliyinin yaranmasına səbəb olan halların vergi ödəyiciləri tərəfindən vergi orqanlarına könüllü olaraq bəyan edilməsidir.
Vergi ödəyiciləri tərəfindən könüllü vergi açıqlaması edildiyi halda bu barədə vergi orqanına forması Vergilər Nazirliyi tərəfindən müəyyən edilən hesabat təqdim edilir.
Könüllü vergi açıqlaması edildiyi halda təqdim edilmiş hesabat üzrə vergi ödəyicisi tərəfindən yalnız hesablanmış vergi məbləği büdcəyə ödənilir.
Belə ki, 01.01.2017-ci il tarixdən qüvvəyə minən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 16.12.2016-cı il tarixli 454-VQD nömrəli Qanununun 1.2.3-cü və 1.25-ci bəndlərinə əsasən Vergi Məcəlləsinə müvafiq olaraq 13.2.49-2-ci, 72.5-1-ci və 72.5-2-ci maddələr əlavə edilmişdir.
Bu Qanunla www.taxes.gov.az/mecelle/deyishiklik internet ünvanı üzrə tanış ola bilərsiniz.
Odur ki, könüllü vergi açıqlamasını etdiyiniz halda faizlər hesablanmayacaq və maliyyə sanksiyasına məruz qalmayacaqsınız.

Məktub в„– 5

Nəzərinizə çatdırırıq ki, 01.01.2017-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinə əsasən nəzarət-kassa aparatının çeki və ya qəbz malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.
Belə ki, 01.01.2017-ci il tarixdən qüvvəyə minən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 16.12.2016-cı il tarixli 454-VQD nömrəli Qanununun 1.36-cı bəndinə əsasən Vergi Məcəlləsinə 109.8-ci maddə əlavə edilmişdir.
Bu Qanunla www.taxes.gov.az/mecelle/deyishiklik internet ünvanı üzrə tanış ola bilərsiniz.
Odur ki, malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq etmək üçün mal təqdim edənlərdən (göndərənlərdən) qanunvericiliklə müəyyən edilmiş sənədləri tələb etməlisiniz.

Məktub в„– 6

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 01.01.2017-ci il tarixdən etibarən vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan maliyyə sanksiyalarında bir sıra əlavə və dəyişikliklər edilmişdir.
Vergi ödəyicilərinə!
Vergi ödəyicilərinin bütün maliyyə sənədləri, mühasibat kitabları, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri ilə yanaşı, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatların, arayışların və məlumatın, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatların, vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən şəxslərdən həmin müqavilənin tələblərindən irəli gələn sənədlərin və məlumatların (o cümlədən elektron formatda məlumatların) müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə, o cümlədən vergi orqanlarının vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə əlaqədar edilmiş müraciətinin 10 iş günü ərzində icra edilməməsinə görə vergi ödəyicisinə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcəkdir.
Hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqvim ili ərzində aşağıda göstərilən hər bir şəxs üzrə ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair Vergilər Nazirliyinin müəyyən etdiyi formada arayışı təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 500 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcəkdir:
– Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər;
– qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi;
– Azərbaycan Respublikasının rezidenti və (və ya) qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər.
Qanunla nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda:
– pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə –“ 1000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında;
– malların alışını və ya mədaxilini təsdiq edən yuxarıda qeyd olunan sənədlərdən ən azı biri olmadıqda –“ alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcəkdir.
Vergi orqanından “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə aşağıda qeyd olunan fəaliyyət növü (növləri) ilə məşğul olan vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir:
– toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət;
– fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət;
– çəkməçi, pinəçi;
– saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri;
– fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işlər;
– nəqqaşlıq emalatxanalarının fəaliyyəti.
Belə ki, 01.01.2017-ci il tarixdən qüvvəyə minən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 16.12.2016-cı il tarixli 454-VQD nömrəli Qanununun 1.21.2-ci, 1.22.2-ci və 1.22.4-cü bəndlərinə əsasən Vergi Məcəlləsinə müvafiq olaraq 57.4-cü, 58.7-1-ci və 58.12-ci maddələr əlavə edilmiş, 1.21.1-ci və 1.22.3-cü bəndlərinə əsasən Vergi Məcəlləsinin müvafiq olaraq 57.3-cü və 58.8-ci maddələri yeni redaksiyada verilmişdir.
Bu Qanunla www.taxes.gov.az/mecelle/deyishiklik internet ünvanı üzrə tanış ola bilərsiniz.
Odur ki, maliyyə sanksiyalarına məruz qalmamaq üçün vergi qanunvericiliyinə riayət edilməsi Sizə tövsiyə olunur.

Məktub в„– 7

Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 01.01.2017-ci il tarixdən etibarən aşağıda göstərilən şəxslər arasında təqvim ili ərzində ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara transfer qiyməti tətbiq oluna bilər:
– Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər arasında;
– qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi arasında;
– Azərbaycan Respublikasının rezidenti və (və ya) qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər arasında.
Qeyd olunanlarla əlaqədar hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqvim ili ərzində yuxarıda göstərilən hər bir şəxs üzrə ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair Vergilər Nazirliyinin müəyyən etdiyi formada arayışı təqdim etmək, habelə həmin şəxslərə dair məlumatları (o cümlədən onların reyestr məlumatlarını) vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Qeyd olunan arayışı müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Yuxarıda qeyd olunan şəxslər arasında aparılan əməliyyatlar zamanı vergi ödəyicisinin təqdim etdiyi mallara (işlərə, xidmətlərə) tətbiq etdiyi qiymətlər eyni əməliyyat üçün yuxarıda qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan qiymətlərin aşağı həddindən az olduqda, vergilər transfer qiyməti ilə, yuxarı həddindən çox olduqda isə faktiki satış qiyməti ilə hesablanır. Transfer qiymətləri mənfəət (gəlir) vergisinin məqsədləri üçün istifadə edilir.
Transfer qiyməti –“ Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər, qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi, Azərbaycan Respublikasının rezidenti və (və ya) qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər istisna olmaqla, digər şəxslər arasında eyni şərtlər daxilində həyata keçirilən və müqayisə edilə bilən əməliyyatlarda təsbit edilən qiymətlərin cəminin, həmin əməliyyatların sayına bölünməsi yolu ilə müəyyən edilən orta qiymət, habelə ayrı-ayrı əməliyyatlar haqqında müqayisə edilə bilən məlumatlar mövcud olmadıqda və (və ya) rəsmi və açıq mənbələrdən malların (işlərin, xidmətlərin) yuxarıda qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslər arasında təqdim edilmə qiyməti barədə məlumat əldə etmək mümkün olmadıqda, aşağıdakı üsullardan biri əsasında müəyyənləşdirilən qiymətdir:
– sonrakı (təkrar) satış qiymətinə əsasən;
– dəyərin toplanması üsuluna əsasən;
– rentabellilik üsuluna əsasən;
– mənfəətin bölgüsü üsuluna əsasən.
Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti eyni əməliyyat üçün yuxarıda qeyd olunan şəxslər istisna olmaqla, digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan ən yüksək qiymətdən çoxdursa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilmişdirsə, həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə transfer qiyməti ilə aid edilir və vergilər yenidən hesablanır.
Transfer qiymətinin tətbiqi zamanı qiymətlərə təsir edə bilən amillər müəyyənləşdirilərkən Vergi Məcəlləsinin bazar qiymətinə aid olan müddəaları tətbiq edilir.
Vergi ödəyicisinin malların (işlərin, xidmətlərin) transfer qiymətinin Vergi Məcəlləsində göstərilənlərdən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar təqdim etmək hüququ vardır.
Malların (işlərin, xidmətlərin) transfer qiymətləri müəyyən edilərkən birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, vergi ödəyicilərinin vergi orqanına təqdim etdiyi məlumatlardan, açıq məlumat mənbələrində yerləşdirilmiş hesabatlardakı məlumatlardan və digər müvafiq məlumatlardan istifadə edilir.
Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydası Vergilər Nazirliyi tərəfindən müəyyən edilir.
Belə ki, 01.01.2017-ci il tarixdən qüvvəyə minən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 16.12.2016-cı il tarixli 454-VQD nömrəli Qanununun 1.2.4-cü, 1.3-cü, 1.5.2-ci və 1.21.2-ci bəndlərinə əsasən Vergi Məcəlləsinə müvafiq olaraq 13.2.65-ci, 14-1-ci, 16.1.4-1-ci və 57.4-cü maddələr əlavə edilmiş, 1.5.1-ci bəndinə əsasən Vergi Məcəlləsinin 16.1.4-cü maddəsində dəyişikliklər edilmişdir.
Bu Qanunla www.taxes.gov.az/mecelle/deyishiklik internet ünvanı üzrə tanış ola bilərsiniz.
Odur ki, transfer qiymətlərinin tətbiqi məqsədi ilə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqvim ili ərzində yuxarıda göstərilən hər bir şəxs üzrə ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair Vergilər Nazirliyinin müəyyən etdiyi formada arayışı təqdim etməlisiniz, əks halda Sizə qanunvericilikdə nəzərdə tutulmuş maliyyə sanksiyası tətbiq ediləcəkdir.
Bu Qanunla www.taxes.gov.az/mecelle/deyishiklik internet ünvanı üzrə tanış ola bilərsiniz.
Odur ki, qanunla müəyyən edilmiş müddətdən etibarən elektron qaimə-fakturalarının tətbiqinə başlamalısınız. Əks halda Sizə qarşı qanunvericilikdə nəzərdə tutulmuş maliyyə sanksiyaları tətbiq ediləcəkdir.
Qeyd: Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az), Vergilər Nazirliyinin Г‡ağrı Mərkəzinə (195-1), Sizə ən yaxın vergi ödəyicilərinə xidmət mərkəzinə (ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti, 8 A) və ya istənilən vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edə bilərsiniz.

Şərh Yaz