Vətən sizə əmanətdir

Səfərbərlik və Hərbi Xidmətə Г‡ağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinin binasının qarşısında xeyli adam var. Həqiqi hərbi xidmətə çağırılanlar, onları yola salmağa gələn valideynlər, yaxınlar, dost-tanışlar, bir sıra idarə və təşkilatların, ictimaiyyətin nümayəndələri bu izdihamın iştirakçılarıdırlar. Bu tədbirlərdə hər dəfə çağırışçılar çıxış edir, ata-babalarının döyüş və əmək ənənələrini şərəflə qoruyacaqlarına and içirlər.Vətən sizə əmanətdir    Г‡ağırışçı gənclərdən bir neçəsi ilə görüşüb söhbət edirəm:
Elçin Musayev (rayonun Qalınçaq kəndindəndir): Əsgərlik həyatını “kişilik məktəbi” adlandırırlar. Bu fikirlə tam razıyam. Həqiqətən də Vətəni qorumaqdan, ona övlad kimi xidmət etməkdən şərəfli nə ola bilər?
Məsud Feyzullayev (rayonun Basqal qəsəbəsindən): Doğulduğun yerdən, səni boya-başa çatdıran valideynlərdən ayrılmaq o qədər də asan deyil. Ancaq biləndə ki, bu ayrılığa səbəb Vətənin qulluğunda durmaq, onu göz bəbəyi kimi qorumaqdır, onda qəlbimiz qürurla döyünür.
Г‡ağırışçılar arasında hərbi xidmətini yenicə başa çatdırmış, nümunəvi xidmətə görə vaxtından əvvəl ehtiyata buraxılmış İstisu kənd sakini Fərid Musayevi görüb ona yaxınlaşıram.
– Qısa vaxt ərzində canımız, gözümüz olan Qarabağı düşməndən geri olmağa tam hazırıq. Qüdrətli, qüvvətli ordumuz, qorxmaq, mübariz əsgərlərimiz var. Hər an Ali Baş Komandanın əmrini gözləyirik –“ deyə o gənc çağırışçıları ruhlandırır.
Şöbənin əməkdaşı Ədalət Ələkbərov bildirir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmək sosial mövqeyindən, maddi vəziyyət, təhsil və milliyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının borcudur. Rayonumuzun gəncləri bu şərəfli borcu dərindən dərk edərək hərbi xidmətə həvəslə yola düşür, ləyaqətlə xidmət edirlər. Oğullarımız əsgər gedir. Ağsaqqallar, ziyalılar hünər meydanına yollanan bu gənclərə el-oba adından öyüd-nəsihət verir, yaxşı yol arzulayırlar. Valideynlərin, yola salanların həyəcanı aydın hiss olunsa da gənclər şən və qürurlu görünürlər.
Belə oğullar yetirən yurdun övladı olmaq çox qürurvericidir və xoşbəxtlikdir. Bu çağırış hər birimizdən əvvəlkindən daha çox şərəf, qeyrət və birlik tələb edir. Uğurlar olsun, qeyrətli balalarımız! Vətən sizə əmanətdir.
Novruz Əlimuradov,
mədəniyyət və turizm işçisi, Qalacıq kəndi

Şərh Yaz