Güzaranımız şüurlu əməyə və vergilərə olan münasibətdən asılı olacaq

22 dekabr 2016-cı il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Əməkdar elm xadimi Mirdaməd Sadıqov rayonun ən böyük kəndlərindən olan Kürdmaşıda kənd sakinləri ilə görüş-qəbul keçirib. Güzaranımız  şüurlu əməyə və vergilərə olan münasibətdən asılı olacaq
Güzaranımız  şüurlu əməyə və vergilərə olan münasibətdən asılı olacaqKürdmaşı bələdiyyəsinin və kənd İƏD-nin verdiyi arayışdan bəlli olur ki, kənddəki 665 evdə 1008 təsərrüfat mövcuddur. Rəqəmlərdən görünür ki, evlərdən çoxunun payına 2, bəlkə də 3 təsərrüfat düşür. Kəndin əhalisi 3500 nəfərə çatıb. Qayıb əhalinin sayı 850 nəfərdir. Bu rəqəm isə əhalinin 25 faizə qədərinin iş dalınca digər ünvanlara üz tutmasını aydın göstərir.
500 şagird yerlik kənd tam orta məktəbində 452 şagird təhsil alır. İƏD-də poçt məntəqəsi, kitabxana, klub, elektron ATS və tibb məntəqəsi fəaliyyət göstərir.
Kənd ağsaqqalları son illərdə rayonda aparılan tikinti-quruculuq işlərindən razılıqlarını bildirərək, şəhər mərkəzinin yaxşı mənada dəyişməsindən, müasir görkəm almasından söz açdılar. Ürək açan yeniliklərə, kəndin içindən keçən Qaraməryəm-İsmayıllı avtomobil yolunun yüksək səviyyədə təmirinə, ölkənin daxili və xarici siyasətini uğurla davam etdirdiyinə görə Prezidentimizə doğum günü ərəfəsində minnətdarlıqlarını bildirdilər.
Görüşə gələnlər kənddəki uşaq bağçasının əsaslı təmirə, yeni uşaq bağçasının tikilməsinə, kənddaxili yolların təmirə ehtiyac olduğunu dilə gətirdilər.Yeni iş yerlərinin açılmasına zərurət olduğu da vurğulandı.
Orta və kiçik sahibkarlığa geniş meydan verildiyi bir vaxtda kənd sakinlərinin gözləmə mövqeyi tutmaları hələ də anlaşılmazlıq kimi qalmaqdadır.
Başçı M.Sadıqov 2017-ci ildən rayonumuzun özünümaliyyələşdirən rayon olacağı barədə məlumatı sakinlərin diqqətinə çatdırdı. Onunla bərabər bildirdi ki, hər kəs mütləq gəlir gətirəcək iş qurmağa çalışmalı, torpaqlardan səmərəli istifadə etməli, mülkiyyətində olan torpaq və əmlaka, eləcə də əldə etdiyi gəlirlərə görə sadələşdirilmiş vergini xəbərdarlıq gözləmədən ödəməyə səy göstərməlidir. Г‡ünki artıq planlaşdırdığımız işlərin reallaşması, arzuladığımız güzaran şüurlu əməyə və vergi ödənişinə olan münaslbətdən asılı olacaqdır.
Başçı görüş-qəbulda qaldırılan problemlərin həlli ilə bağlı müvafiq xidmət təşkilatlarına tapşırıqlar verib.
Ş.Soltanov

Şərh Yaz