İşgüzarlıq yüksək, problem azdır

Uştalqışlaq kəndi İsmayıllı rayonunun Qalagah inzibati ərazi dairəsinin və Qalagah bələdiyyəsinin tərkibinə daxildir. Uştalqışlaqda yaşayış evlərinin sayı 52, təsərrüfatların sayı 61-dir. 31 şagird yerlik kənd tam orta məktəbdə 49 şagird təhsil alır. Kəndin 261 nəfər sakini var. Əhalinin başlıca məşğuliyyəti maldarlıq və əkinçilikdir.İşgüzarlıq yüksək, problem azdırDekabr ayının 22-də İsmayıllı RİH-nin başçısı Mirdaməd Sadıqov kəndin sakinləri ilə görüşüb. Havanın kifayət qədər günəşli olması səbəbindən görüş kənd orta məktəbinin qarşısında, açıq havada keçirilib.
M.Sadıqov ölkədə və rayondakı sosial-iqtisadi durum barədə görüş iştirakçılarına məlumat verib. Başçı bildirib ki, mövcud vəziyyətdə ən doğru seçim torpaqlardan səmərəli istifadədir. Digər istehsal sahələrinin olmadığı yerlərdə vətəndaşlar güzaranlarını torpağı əkib becərmək, kənd təsərrüfatını inkişaf etdirməklə nizamlaya bilmələrini birmənalı şəkildə qəbul etməlidirlər. İstehsal sahələri yaratmaq üçün qüvvələri birləşdirmək də vacib şərtlərdəndir. Məlum məsələdir ki, bir nəfərin görə bilmədiyi işi 3-5 nəfər daha asanlıqla həyata keçirə bilər.
Başçı kəndin sosial problemləri ilə maraqlanıb. Kənd yolunun və kənddaxili küçələrin təmiri, yararsız elektrik dirəklərinin dəyişdirilməsi, içməli su təminatının yaxşılaşdırılması ilə bağlı fikirlər səsləndirilib. Səmimi söhbət zamanı bəlli olub ki, Qalagah bələdiyyəsində torpaq və əmlak vergilərinin yığılması və vacib problemlərin həllinə sərfi qənaətbəxş səviyyədədir. Yerli idarəetmənin düzgün qurulmasından yaranan iş birliyidən ərazidə işgüzarlıq yüksək, problem azdır.
M.Sadıqov hər üç məsələnin həlli ilə bağlı aidiyyəti idarələrin rəhbərlərinə tapşırıqlar verib.
Ş.Soltanov

Şərh Yaz