Şərəfli, uca peşə

Muəllim adı muqəddəsdir. Bu peşə sahibləri fədakar insanlardı. Hörmət və ehtirama layiqdirlər.
Atam müəllim olduqğu ücün bu şərəfli peşənin çətinliyini bilirəm. Övladlarım Məmmədli Nicat və Nərmin şəhər 5 nömrəli tam orta məktəbində təhsil alırlar. Bu təhsil ocağı haqqında fəaliyyətə başladığı vaxtdan həmişə xoş sözlər eşitmişəm. Məktəbin qabaqcıl təcrübəsi haqqında müxtəlif qəzet və jurnallarda yazılar dərc olunub.

Şərəfli, uca peşə Bu günlərdə Təhsil Nazirliyinin əmri ilə məktəbin direktoru Elçin Məmmədov “Qabaqcıl təhsil işçisi“ döş nişanına layiq görülüb. Məktəb qısa müddət ərzində iki dəfə Prezident sərəncamı ilə ”Ən yaxşı ümumtəhsil məktəbi“ adını alıb. İlk dəfə İsmayıllı təhsil tarixində məktəbin məzunu Ağalətif Lətifov qəbul imtahanlarında 700 bal toplayıb. Məktəbin üç məzunu Prezident təqaüdçüsüdür. Bunlara əsaslanaraq məktəbin direktoru Elçin Məmmədov, tədris işləri üzrə direktor müavini İsaq Lətifov, tərbiyə işləri üzrə direktor müavini Elvüsal Babayev haqqında da xoş fikirlər söyləməyi özümə borc bildim. Məktəbdəki tədris-təlim prosesinin səviyəsi, pedaqoji kollektiv arasındakı mehribanlıq, eləcə də müəllimlərin şağirdlərə münasibəti təqdirəlayiq dərəcədə yüksəkdir.
İbtidai sinif müəllimləri Brilyant Salehova, Sevinc Mirzəyeva, ingilis dili müəllimi və informatika müəllimi şagirdlərə verdikləri bilik və bacarıq, Vətənə sevgi aşılamaları tək məni yox, bütün valideynləri sevindirir.
Müəllimlər uşaqların dünyagörüşlərinin formalaşması, ölkəmizdə, eləcə də dünyada gedən proseslərdən hali, ictimai fəal olmaları ücün də əllərindən gələni əsirgəmirlər. Onların peşəsi baş əyiləcək qədər ucadır.
Mən valideynlər adından uşaqlarımızın savadlı, layiqli vətandaş kimi formalaşmalarında böyük zəhmətləri olan müəllimlərə öz minnətdarlığımı bildirirəm. Elçin müəllimi bu yaxınlarda “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülməsi münasibətilə təbrik edirəm.
Elnur Məmmədov,
valideyn

Şərh Yaz