Mərkəzi kitabxanada anım günü

Dekabrın 8-də İsmayilli Rayon Mərkəzi kitabxanasının oxu zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar dəyirmi masa kecirilib. Tədbiri kitabxananın direktoru Ə.Ələkbərov açaraq bildirib ki, Ulu öndər parlaq ömür yaşamış, böyük ictimai siyasi fəaliyyəti ilə dünya şöhrəti qazanmış, bəşər tarixində nadir şəxsiyyətlərdən biridir. Mərkəzi kitabxanada anım günüKitabxana işçisi Turanə Əzizova ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında geniş məruzə edib. Məruzə ətrafında çıxışlar olub. Natiqlər Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıblar. Tədbir iştirakçıları Ulu öndərə Allahdan rəhmət diləyiblər.
Tədbirin sonunda oxu zalında ümummilli lider Heydər Əliyevə həsr olunmuş sərgiyə baxış keçirilib.
V.Ağayev

Şərh Yaz