Həndbol üzrə final yarışı

Həndbol üzrə 2003-2004-cü il təvəllüdlü qızlar arasında final yarışı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2016-cı il üçün vahid idman təqvim planına əsasən 7 dekabr 2016-cı il tarixdə İsmayıllı Olimpiya-İdman Kompleksində start verilib. İdman məktəblərinin VII Respublika oyunlarının proqramına daxil olan həndbol yarışında Gəncə, Mingəçevir və Şirvan şəhərlərinin, Göygöl,Tovuz, İsmayıllı və Şəmkir rayonlarının komandaları iştirak edib.Həndbol üzrə final yarışıTədbiri İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Nicat Həsənov, Həndbol Federasiyası İsmayıllı bölməsinin sədri, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov və Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov çıxış ediblər.
6 dekabr 2016-cı il tarixdən başlanan yarışlar dekabrın 10-dək davam edəcək. Komandaların məşqləri və yarışları üçün Olimpiya-İdman Kompleksində yaradılan şərait idmançıları razı salıb.
“İsmayıllı xəbərləri”

Şərh Yaz