Avrasiya birinciliyində qızıl medal

16 oktyabr 2016-ci il tarixdə Beynəlxalq Kempo Federasiyasının təşkilatçılığı ilə milli.az, day.az və trend.az-ın informasiya dəstəyi ilə Bakı şəhərində 15-16-17 yaşlı oğlan və qızlar arasında Kempo karate idman növü üzrə Avrasiya birinciliyi keçirilmişdir.
Avrasiya birinciliyində qızıl medal
Həmyerlimiz Əsgərov Eşqin 55 kiloqram çəki dərəcəsində bütün rəqiblərini üstələmiş və fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Qızıl medal qazanan Eşqin Azərbaycan Dövlət Himninin səslənməsinə nail olmuş və bayrağımızı yüksəklərə qaldırmışdır.
Eşqin Əsgərovu və onun məşqçi-müəllimi Bayram Qəhrəmanovu ürəkdən təbrik edir, onlara yeni-yeni idman uğurları arzulayırıq.
“İsmayıllı xəbərləri”

Şərh Yaz