Turizmin mövcud vəziyyəti və inkişafına həsr olunan müşavirə

11 oktyabr 2016-cı il tarixdə İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində şimal-qərb bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivlərinə həsr olunmuş regional müşavirə keçirilib.
Turizmin mövcud vəziyyəti və inkişafına həsr olunan müşavirə
Müşavirədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev, İqtisadiyyat Nazirliyinin Regionların İnkişafı və Dövlət Proqramları Şöbəsinin müdiri Elşən Əsədov, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru səlahiyyətlərini əvəz edən Vaqif Abdullayev, Vergilər Nazirliyinin Ərazi Vergi Orqanları ilə İş üzrə baş idarəsinin rəisi Elçin Bəylərov, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi vəzifəsini xüsusi tapşırıq üzrə icra edən səfir Fəxrəddin Qurbanov və Konsulluq idarəsinin müşaviri Nurpaşa Abdullayev, Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müşaviri Rafiq Süleymanov, Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili baş idarəsinin rəisi Cavad Qasımov, Dövlət Sərhəd Xidməti idarə rəisi Akif Şəfiyev, Mədəniyyət və Turizm Nazirliyinin müvafiq strukturlarının rəhbərləri, rekreasiya zonalarında yerləşən rayonların İcra Hakimiyyətləri Başçılarının müavinləri, Mədəniyyət və Turizm Şöbələrinin müdirləri, bölgədəki turizm sənayesi ilə məşğul olan obyektlərinin sahibləri və KİV-nin nümayəndələri iştirak ediblər.
Turizmin mövcud vəziyyəti və inkişafına həsr olunan müşavirə
Əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin İsmayıllı şəhərində ucaldılan abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Heydər Əliyev Mərkəzində keçirilən müşavirəni giriş sözü ilə açan nazir Əbülfəs Qarayev diqqəti Prezident İlham Əliyevin cari ilin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrə yönəldib. Natiq ölkə başçısının diqqət və qayğısı sayəsində turizm sahəsində aparılan islahatların artıq intensiv xarakter aldığını diqqətə çatdırıb. Vurğulanıb ki, turizmin inkişafı tədbirlərinin ölkə üzrə balanslaşdırılmış şəkildə həyata keçirilməsi, bütün potensialın turizm proseslərinə cəlb olunması regionların sosial-iqtisadi inkişafının yüksəlməsinə, habelə Azərbaycanın bir məkan kimi daha geniş turizm bazarlarına inteqrasiya etməsinə şərait yaradır.
Turizmin mövcud vəziyyəti və inkişafına həsr olunan müşavirə
Nazir diqqəti bu ilin doqquz ayında ötən ilin müvafiq dövrünə nisbətən turistlərin sayının 11 faiz artdığına cəlb edərək, viza verilməsinin sadələşdirilməsinin bu sahədə əhəmiyyətini qeyd edib.
Vurğulanıb ki, şimal-qərb regionu Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki inzibati rayonlarının, eləcə də Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisini əhatə edir. Ərazi müxtəlif turizm növlərinin inkişaf etdirilməsi üçün münasibdir. Ekoturizm, mədəni turizm, sağlamlıq turizmi və sair turizm növləri üçün geniş potensial vardır. Şimal-qərb bölgəsi üzrə “Şərab yolu”, “Böyük İpək yolu”, “Aleksandr Düma Qafqazda”, “Polyak izləri” beynəlxalq turizm marşrutları, eləcə də İsmayıllı-Basqal-Lahıc istiqaməti üzrə “Qırxotaq Əfsanələri” və “Fit qalası”, Qəbələ-Şəki-Qax istiqaməti üzrə “Qədim Qafqaz Albaniyasının tarixi izləri”, Qəbələ-Şəki-Tovuz-Şəmkir-Ağsu istiqaməti üzrə “Azərbaycanda Arxeoloji Turizm” mədəni turizm marşrutları yaradılıb.
Turizmin mövcud vəziyyəti və inkişafına həsr olunan müşavirə
Müşavirədə mədəniyyət və turizm nazirliyinin planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov şimal-qərb bölgəsində turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə geniş məlumat verib, habelə keçirilən monitorinqin nəticələrini açıqlayıb. Vurğulanıb ki, bölgə tarixi ipək yolu marşrutunun üzərində yerləşir. Habelə, buradan region üzrə Gürcüstan və Rusiya ilə inteqrasiya olunan “Şərab yolu” və “Düma Qafqazda” beynəlxalq turizm marşrutları da keçir.
Natiq bölgənin turizm imkanlarının daha geniş şəkildə təbliğ olunması, yerli turizm məhsullarının və marşrutlarının turistlərə təqdim edilməsi, habelə bu sahədə xidmətlərin göstərilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şamaxıda (2007-ci il ), Şəkidə (2008-ci il), Zaqatalada (2009-cu il), İsmayıllı və Qəbələdə (2015-ci il) turizm informasiya mərkəzləri yaradılıb.
Müşavirədə çıxışlar olub. Г‡ıxışlarda ölkə başçısının turizmin inkişafı ilə əlaqədar son qərarından irəli gələn vəzifələrin icrası ilə əlaqədar görüləcək işlər geniş müzakirə olunub, qarşıda duran konkret vəzifələr müəyyənləşdirilib.
Turizmin mövcud vəziyyəti və inkişafına həsr olunan müşavirə
Müşavirədə, habelə bölgədə turizmin inkişaf istiqamətləri barədə ətraflı danışılıb, mövcud problemlərə dair geniş müzakirələr aparılıb. Habelə, çıxış edən sahibkarların turizmlə bağlı təklifləri qeydiyyata götürülüb.
Müşavirədən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər rəsmi qonaqlar rayonun mərkəzi meydanında inşa edilən “Turist bazarı”nda sərgilərlə tanış olublar. Heydər Əliyev adına İsmayıllı Rayon Mədəniyyət Mərkəzinin foyesində gün ərzində “Niyal” xalq çalğı alətləri ansamblı rayonumuza gələn qonaqlar üçün konsert proqramı ilə çıxış edib.
Turizmin mövcud vəziyyəti və inkişafına həsr olunan müşavirə
Leyla Nadirqızı

Şərh Yaz