İntellekt yarışı

İsmayıllı Rayon Gənclər və İdman İdarəsi rayon təhsil şöbəsi ilə birgə oktyabr ayının 25-də Gənclər Mərkəzində “Xəmsə” milli intellektual bilik yarışması üzrə rayon birinciliyi keçirib.
Tədbiri İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov açıb. O iştirakçıları salamladıqdan sonra onlara uğurlar arzulayıb.
İntellekt yarışı
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Şəhla Qafarova yarışın qaydaları barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.
10 məktəbin “Xəmsə” komandası biliklərini nümayiş etdirmək üçün gərgin mübarizə aparıb. Bütün raundların nəticələrinə görə rəqiblərini yüksək xalla geridə qoyan İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin “Dejavü” komandası I yeri, şəhər 7 nömrəli tam orta məktəbinin “Zəka” komandası II yeri və şəhər 5 nömrəli tam orta məktəbinin “Bilik” komandası III yeri tutub.
Yarışın keçirilməsində əsas məqsəd rayon üzrə yığma komandanın heyətini müəyyən etmək olub.
Qaliblər İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri ilə təltif ediliblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz