18 şagird bilik və bacarığını sınadı

12 oktyabr 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı rayon Gənclər və İdman İdarəsi, Rayon Təhsil Şöbəsi ilə birgə Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə 18 Oktyabr –“ Milli Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədi və dönməzdir!” mövzusunda rayon məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa yazı müsabiqəsi keçirdi.
18 şagird bilik və bacarığını sınadı
Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhla Qafarova açaraq məktəbliləri salamladı və müsabiqədə hər birinə uğur arzuladı. O, çıxışında 18 oktyabr 1991-ci il tarixinin ölkəmizin həyatı üçün vacib və böyük əhəmiyyət kəsb etməsindən, 18 oktyabr 1991-ci ildə qəbul edilən tarixi sənəd olan Konstitusiya Aktının müsbət təsirindən geniş bəhs etdi. O, həmçinin vurğuladı ki, bugünkü Azərbaycanın daha da inkişaf etməsi və qüvvətlənməsi məhz dövlətçiliyimizin bərpasının, milli müstəqilliyimizin güclənməsinin göstəricisidir. Bu sənədin qəbul edilməsinin məhz Ulu öndərin səyi nəticəsində mümkün olmasını qeyd etdi. Sonda “Ümummilli liderimiz Heydər Əliyevin xalq təəssübkeşliyi olmasaydı bu gün Azərbaycan adlı müstəqil, suveren və beynəlxalq aləmdə öz sözünü deməyi bacaran, sürətlə inkişaf edən bir dövlət mövcud olmazdı” – deyə çıxışını yekunlaşdırdı.
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Nəriman Qəniyev müsabiqənin qaydalarını iştirakçıların diqqətinə çatdırdı və onlara Milli Müstəqillik Günü ilə bağlı fikirlərini ifadə etməyi tövsiyə etdi.
Verilən 1 saat müddətində 9 tam orta məktəbdən 18 şagirdin bacarıq və biliyi duyğular şəklində qələmə alındı.
Müsabiqənin nəticələri yazılar komissiya üzvləri tərəfindən yoxlanıldıqdan sonra bəlli olacaq. Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif olunacaq.
Sevda İsmayılova

Şərh Yaz