Əminamanlıq və yüksəlişin davamlı inkişafı üçün

Milli Müstəqillik günümüzün 25 illiyi ilə əlaqədar olaraq 14 oktyabr 2016-cı il tarixdə İsmayıllı Peşə Tədris Mərkəzinin təşkilatçılığı ilə İsmayıllı Rayon Gənclər və İdman İdarəsində dəyirmi-masa keçirilib.
Əminamanlıq və yüksəlişin davamlı inkişafı üçün
Tədbiri giriş sözü ilə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov açıb. O gəncləri əlamətdar bayram münasibətilə təbrik edib, onlara Azərbaycanın keşməkeşli tarixindən və müstəqilliyinin bərpasından danışıb.
O həmçinin vurğulayıb ki, Azərbaycan bugünkü müstəqiliyi qazanmaq yolunda çoxsaylı bəlalarla üzləşib və bu sınaqlardan üzüağ çıxıb. Ümummilli lider Heydər Əliyevin dühası ilə müstəqilliyimiz əbədi və dönməz olub.
İsmayıllı Peşə Tədris Mərkəzinin direktor müavini Rəşid Mirzəliyev, rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhla Qafarova çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı dövrdə qazanılan nailiyyətlərdən, uğurlardan bəhs ediblər.
Tədbir gənclərin mövcud əminamanlıq və yüksəlişin davamlı inkişafı üçün müxtəlif fikir və təkliflər səsləndirmələri ilə davam edib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz