“ASAN xidmət” noyabrın 2-dək İsmayıllıda rayon sakinlərinə xidmət göstərəcək

Oktyabrın 4-də İsmayıllı şəhərinin mərkəzində, Heydər Əliyev prospektində fəaliyyətə başlayan səyyar “ASAN xidmət”ə müraciət edən rayon sakinləri onlar üçün yaradılan bu şəraitə görə minnətdarlıqlarını bildirirlər. İsmayıllılara göstərilən səyyar xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir.
“ASAN xidmət” noyabrın 2-dək İsmayıllıda rayon sakinlərinə xidmət göstərəcək
“ASAN xidmət” noyabrın 2-dək İsmayıllıda rayon sakinlərinə xidmət göstərəcək
Vətəndaşlara göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınan hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Səyyar “ASAN xidmət”ə müraciət edən sakinlər funksional yardım xidmətlərindən də yararlanırlar. Bu xidmətlərə, həm də qan qrupu barədə tibbi arayışların verilməsi daxildir.
“ASAN xidmət”in səyyar dəstəsinə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin 12 nəfərlik könüllüsü də kömək göstərir.
Radə Ağayeva

Şərh Yaz