Bizə yazırlar:

Hörmətli redaksiya, İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəb Heydər Əliyev prospekti ilə Nəriman Nərimanov küçəsinin kəsişdiyi ərazidə yerləşir. Şəhərin mərkəzindən axan kanalın məktəbin giriş qapısı yanından keçən hissəsində yerləşən körpünün kənarları açıq olduğu üçün məktəb şagirdlərinin və digər piyadaların körpüdən keçməsini təhlükəli edirdi. Körpü kənarlarının məhəccərlə təmin olunması çox vacib idi.
Bizə yazırlar:
Г‡atışmazlığın aradan qaldırılması məqsədi ilə məktəb kollektivi və valideynlər adından İsmayıllı bələdiyyəsinə müraciət etdik. Müraciətimiz cavabsız qalmadı. Qısa bir zamanda körpünün kənarlarına məhəccər çəkildi.
Müəllim və şagirdlərimizin, valideynlərin adından göstərilən diqqət və qayğıya görə İsmayıllı bələdiyyəsinə, bu işdə zəhməti olan inşaatçılara təşəkkürümüzü bildiririk.
Hörmətlə:
R.Dadaşov,
G.Məmmədova,
S.Səmədova,
T.Abbasov,
F.İsgəndərova

Şərh Yaz