Kamal Abdullayev Los -Ancelesin dini konfessiya rəhbərləri ilə görüşüb

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Los-Ancelesdə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Kamal Abdullayev  Los -Ancelesin dini konfessiya rəhbərləri ilə görüşüb
Kamal Abdullayev  Los -Ancelesin dini konfessiya rəhbərləri ilə görüşüb
Kamal Abdullayev  Los -Ancelesin dini konfessiya rəhbərləri ilə görüşüb
ABŞ-ın Kaliforniya ştatının Xristian Lüteran Kilsəsinin yepiskopu Xuan Karlos Mendes, Koreya Kilsələri İctimai Birliyinin sədri Haypin İm, Ebenezer Missiyası Ailə Kilsəsinin baş yepiskopu Ayzik C. Kanales, Kral Fəhd Məscidinin Dinlərarası əlaqələr üzrə direktoru Mahomed xan, Ag Evin Etiqad və Qonşuluq Tərəfdaşlıqları Mərkəzinin direktor müavini Janna Skott, Los Anceles Roma Katolik Arxiyeparxiyasının teoloji və ruhani məsələlər üzrə müşaviri Roberto Rueda-Qayetanonun təmsil olunduğu nümayəndə heyətini salamlayan Dövlət müşaviri Kamal Abdullayev bildirib ki, xeyli sayda qonağın cəlb olunduğu V Bakı Beynəlxalq Humanitar Forumu çox böyük mənəvi anlam daşıyır: “Dünyanın müxtəlif yerlərindən Azərbaycana ölkəmizin dostları gəlir, biz həm də ona sevinirik ki, bu dostlar təkcə bizimlə ünsiyyət qurmurlar, onların həm də bir –“biriləri ilə də əlaqələri yaranır və sonra bu dostluqlar davam edir. Biz iki gün sonra V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində bütövlükdə multikulturalizmə həsr olunmuş dəyirmi masada yenidən bir araya gələcəyik. Azərbaycan multikulturalizmi dövlət siyasəti səviyyəsində həyata keçirilən ciddi bir reallıqdır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunub”.
Dövlət müşaviri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ikiillik fəaliyyəti barəsində məlumat verərək Azərbaycan multikulturalizminin öyrənilməsi və təbliği istiqamətində çoxsaylı regional və beynəlxalq tədbirlərin təşkil edildiyini bildirib. Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin beynəlxalq multikulturalizm yay və qış məktəbləri, “Multikulturalizm terrora qarşı”, “Azərbaycanın Gənc Dostları” Beynəlxalq Klubunun təsisi, 28 yerli, 20 xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi kimi önəmli layihələrin reallaşdırdığını diqqətə çatdırıb: “Bu gün biz Avropada multikulturalizmin iflasa uğradığının şahidi oluruqsa, Azərbaycanda bunun tam əksi ilə qarşılaşırıq. Multikulturalizm Azərbaycan xalqına əsrlərlə xas olan bir dəyərdir. Təxminən on əsr boyu Azərbaycan ədəbiyyatına nəzər salsaq görərik ki, orada başqa xalqların və fərqli dinlərin nümayəndələrinə məhəbbət və səmimiyyət dolu sözlər, şeirlər, parçalar öz geniş əksini tapıb. Və biz bunları toplayaraq “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” adlı kitab nəşr etdirdik. Bu kitabın bu günlərdə rus dilində nəşrini hazırladıq, yaxın günlərdə ingilis dilində də işıq üzü görəcək”.
Xristian Lüteran Kilsəsinin yepiskopu Xuan Karlos Mendes dünyada gərginliyin və münaqişələrin davam etdiyi bir vaxtda multikulturalizm siyasətinin önə çəkilməsinin, Azərbaycan multikulturalizmi fənninin Avropa və Asiya universitetlərində tədrisinin çox diqqətəlayiq olduğunu bildirib.
Ag Evin Etiqad və Qonşuluq Tərəfdaşlıqları Mərkəzinin direktor müavini Janna Skott göstərilən qonaqpərvərliyə görə dərin minnətdarlığını bilidirərək qeyd edib ki, ABŞ Prezidentin Barak Obamanın adından Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olmasından böyük məmnunluq hissi keçirir: “ABŞ prezidenti də sizin mərkəzin fəaliyyətinə uyğun Etiqad və Qonşuluq Tərəfdaşlıqları Mərkəzi təşkil edib. Belə mürəkkəb bir zamanda Azərbaycanın multikulturalizm sahəsində fəaliyyəti təqdirəlayiqdir. Böhranlardan çıxış yolunu təşviq etməklə Azərbaycanda sizin kimi tərəfdaşların olması bizim üçün böyük dəyərdir”.
Kral Fəhd Məscidinin Dinlərarası əlaqələr üzrə direktoru Mahomed Xan bildirib ki, Azərbaycandakı çoxəsrlik multikultural durum və tolerantlıq ənənələri ilə bağlı bir film çəkilişi çox arzuolunandır: “ Biz istərdik ki, bütün dünya Azərbaycan multikulturalizmi adlı bu ali dəyərlər sistemi ilə bir daha yaxından tanış olsun”.
Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Yadigar Məmmədli,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti

Şərh Yaz