Gədəbəydən təşəkkür

2013-cü ildə yenicə açılmış İsmayıllı Humanitar və Texnologiya Kollecinə daxil oldum. Rayona qədəm qoyduğum ilk gündən ismayıllılardan xüsusi qayğı və doğmalıq hiss etdim. Bu diyarın dağına, daşına, gülünə, çiçəyinə, yazına, qışına ürəklə, sevgi ilə yanaşmağım bəlkə də doğma İsmayıllı təbiətinin Gədəbəy təbiətinə çox bənzər olmasından irəli gəldi.
Gədəbəydən təşəkkür
Ətraf aləmi, xüsusən də təbiəti kimi saf, duyğulu insanlarını özümə doğma, həmdəm saydım. İsmayıllıda rayon rəhbərliyi hər bir sakinə, xüsusilə gənclərə qayğı ilə yanaşır. Gündən-günə yüksəlməkdə olan sosial inkişaf sanki bu torpağın ədəbi mühitinə də təsir göstərməkdədir. Əvvəllər də ara-sıra şeirlər yazırdım. Həyatda gördüklərini nəzmə çəkmək, vəsf etmək istəyim burada daha da gücləndi. Poeziyaya olan marağım, şeirdən-şeirə püxtələşməyim üçün rayondakı “Dağ çiçəkləri” ədəbi məclisi bir meydan oldu.
Yazdıqlarımı ilk dəfə rayonun bu ədəbi məclisində oxudum. “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin keçirdiyi toplantılarında iştirak etdim. Birliyə üzv qəbul olundum.
“İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru şair-publisist AYB və AJB-nin üzvü Şahməmməd Dağlaroğlu şeirlərimi dəfələrlə oxuculara təqdim etdi.
Sadə kəndli ailəsində doğulub böyümüşəm. Təhsilimi başa vurub doğma kəndimə tibb bacısı kimi qayıtmışam. Bir neçə gün əvvəl kəndin tibb məntəqəsinə müdir vəzifəsinə təyin olunmuşam. Г‡ox fərəhliyəm. Qazandığım uğurlarda İsmayıllı mühitinin önəmli rolu var. Bütün bunlara görə ismayıllılara –“ təhsil illəri müddətində mənə atalıq, analıq etmiş, diqqət və nəvaziş göstərmiş unudulmaz insanlara minnətdarlığımı bildirirəm. İsmayıllını və ismayıllıları hər zaman ehtiramla xatırlayacağam.
Hörmətlə; Aidə Gədəbəyli,
Gədəbəy rayonun Qoşabulaq kəndi

Şərh Yaz