Xoreoqrafiyanın regionlarda təbliği

İsmayıllı rayon Mədəniyyət və Turizm Şöbəsinin və Bakı Xoreoqrafiya Akademiyasının birgə təşkilatçılığı ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsində peşə yönümlü fəaliyyətin inkişafı, şagirdlərin kollec və ali təhsil pilləsinə qəbulu ilə bağlı regionlarda silsilə tədbirlər çərçivəsində maarifləndirici tədbir keçirilib. Gələn qonaqları İsmayıllı Rayon Mədəniyyət və Tturizm Şöbəsinin müdiri Azər Abbasov salamlayıb.
Xoreoqrafiyanın regionlarda təbliği
Şöbə müdiri bu qəbildən olan tədbirlərin yetişməkdə olan nəslin tərbiyəsinə, mədəniyyətinə və sağlamlığına təsir edəbiləcək amillərdən söz açıb.
Tədbirdə Əməkdar artist, Bakı Xoreoqrafiya Akademiyasının kafedra müdiri Sənan Hüseynli və İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə xoreoqrafiyanın regionlarda təbliği ilə bağlı geniş məzmunlu çıxış ediblər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz