Şəhidin xatirəsinə turnir keçirilib

9 oktyabr 2016-cı il tarixdə İsmayıllı Olimpiya-İdman Kompleksində Alpaqut Turan döyüş sənəti üzrə, yeniyetmələr və gənclər arasında, şəhid Ülvin Məmmədovun xatirəsinə həsr olunmuş turnir keçirilib.
Turniri Laçın rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayev açaraq dövlətimizin idmana olan qayğısından bəhs edib. Bunun göstəricisi kimi ölkədə müxtəlif idman növlərinin sürətlə inkişafı və beynəlxalq yarışlarda qazanılan uğurları iştirakçıların diqqətinə çatdırıb.
Şəhidin xatirəsinə turnir keçirilib
Ardınca İsmayıllı Rayon Gənclər və İdman İdarəsi rəisi vəzifəsini müvəqqəti icra edən Rauf Rəcəbov da öz növbəsində cənab Prezidentin idmançılara olan xüsusi diqqət və qayğısını vurğulayıb. O, eyni zamanda gənclərdə yüksək vətənpərvərlik ruhu olduğunu diqqətə çatdırıb. Belə ki, aprel döyüşlərində hərbçilərimizin göstərdiyi igidlik deyilənlərin sübutudur.
Sonda Şəhid Ülvin Məmmədovun atası çıxış edərək övladının Vətənə olan vətəndaşlıq sevgisindən danışıb. Cənab Prezidentimizə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını ifadə edib.
Şəhla Qafarova

Şərh Yaz