İdmana dövlət qayğısı artmaqdadır

11 oktyabr 2016-cı il tarixdə İsmayıllı şəhər 3 nömrəli məktəb-liseydə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin birgə təsdiq etdiyi Gİİ-nin 2016-cı ilin ikinci yarımilliyi üçün perspektiv iş və tədbirlər planına uyğun olaraq 18 Oktyabr – Milli Müstəqillik Günü münasibətilə yeniyetmələr və gənclər arasında atletika üzrə rayon birinciliyi keçirilib.
İdmana dövlət qayğısı artmaqdadır
Yarışı giriş sözü ilə açan Gənclər və İdman İdarəsinin rəis müavini Rauf Rəcəbov idmançıları salamlayıb və tariximizə 1991-ci il avqustun 30-da Azərbaycan Ali sovetinin Azərbaycan Respublikasının istiqlaliyyəti haqda bəyannamə qəbul olunması, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Azərbaycanın istiqlaliyyəti barədə Konstitusiya aktı qəbul etməsi barədə məlumat verib. O bildirib ki, 1994-cü ilin 15 oktyabr tarixindən Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü hər il qeyd edilir. 18 oktyabr sadəcə, təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. R.Rəcəbov həmçinin dövlətimizin idmana olan qayğısından bəhs edib, ölkədə müxtəlif idman növlərinin sürətlə inkişafı və beynəlxalq yarışlarda qazanılan uğurları iştirakçıların diqqətinə çatdırıb.
Г‡ıxış yekunlaşdıqdan sonra birincilikdə qalib gəlmiş idmançılar Gənclər və İdman idarəsinin diplom və medalları ilə təltif olunublar.
Elbrus Hüseynov

Şərh Yaz