Yaddas kitabcasi

Gənc müəllimlər and içib

Təhsil Nazirliyi tərəfindən mərkəzləşmiş qaydada aparılan müsabiqə nəticəsində İsmayıllı rayonunun ümumtəhsil məktəblərinə müxtəlif ixtisaslar üzrə qəbul edilən müəlimlərin toplantısı keçirilib.
14 sentyabr 2016-cı il tarixdə işə qəbul olunan gənc müəllimlərlə İsmayıllı Rayon Təhsil Şöbəsinin akt zalında görüş keçirilib.
Gənc müəllimlər and içib
Gənc müəllimlər and içib
Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, ATİAHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov əmək fəaliyyətinə yenicə başlayan müəllimlərin qarşısında duran vəzifələrdən söz açıblar.
Ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışan natiqlər gənc müəllimləri təbrik edib, onlara məsul və şərəfli işlərində uğurlar arzulayıblar.
Gənc müəllimlərdən Nərmin Baxışlı, Səbinə Bağırova göstərilən diqqət və qayğıya, onlar üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Azərbaycan Respublikasının Dövlət Bayrağı altında təntənəli şəraitdə and içən gənc müəllimlər bu şərəfli adı həmişə uca tutacaqlarına söz veriblər.
Xatırladaq ki, “Müəllim andı” Azərbaycan Respublikası Təhsil Nazirliyi 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə “Müəllimlərin etik davranış qaydaları” tərkibində təsdiq edilib.
“İsmayıllı xəbərləri”

Şərh Yaz