İsmayıllı təhsilində uğurlar davamlıdır

İsmayıllı rayon təhsil sistemi ənənələri novatorluqla davam etdirərək, dövlət təhsil siyasətini inamla həyata keçirərək uğurlarını artırır. Tam orta məktəblərin 530 nəfərə yaxın məzunu ali məktəblərə qəbul olunmaq üçün ərizə verib. Onların 293 nəfəri tələbə adını qazanıb.
İsmayıllı təhsilində uğurlar davamlıdır
İsmayıllı təhsilində uğurlar davamlıdır
İsmayıllı təhsilində uğurlar davamlıdır
Şəhər 5 nömrəli tam orta məktəbinin məzunu Ağalətif Lətifov 700 bal toplayıb. 28 nəfər 600-dən yuxarı, 46 nəfər isə 500-600 arası balla universitetlərə qəbul olunub. İsmayıllı məktəblərinin şagirdləri Respublika üzrə keçirilən bütün növ yarış və müsabiqələrdə, bilik və idman yarışlarında mükafata layiq yerlər tutublar.
9 sentyabr 2016-cı il tarixdə keçirilən rayon müəllimlərinin konfransında məruzə edən təhsil şöbəsinin müdiri Rasim Orucov bunlardan ətraflı bəhs edib.
Konfransda şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi Vasif Cabbarov, 2 nömrəli tam orta məktəbinin direktoru Ramil Dadaşov, bu tədris ilindən əmək fəaliyyətinə başlayacaq gənc müəllim Səbinə Bağırova, 5 nömrəli məktəbin 600-dən yuxarı bal toplamış buraxılış sinif şagirdi Elnarə Məlikova, maksimum bal toplayan Ağalətifin atası, riyaziyyat müəllimi İsak Lətifov, İvanovka kənd tam orta məktəbinin müəllimi Palina Radayeva, valideyin Elşən Eyvazov düşündürücü və maraqlı çıxışlar ediblər.
Konfrans öz işinə başlamazdan öncə İsmayıllı Rayon Uşaq Yardıcılıq Mərkəzində mərkəzin fəaliyyətdə olan dərnək üzvlərinin əl işləri ilə tanış olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Gülarə Xudiyeva məruzə və müzakirələr ardından təhlilli çıxışında müasir təhsilin, məktəbin qarşısında duran vəzifələri ətraflı şərh edib, konfrans iştirakçılarının diqqətini mövcud nöqsanlara və onların aradan qaldırılması yollarına yönəldib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxış edərək bildirib ki, təhsildə qazanılan uğurlar onun nəticəsidir ki, rayon icra hakimiyyətinin rəhbərliyi ilə bütün strukturlar dövlət siyasətinin hər bir istiqamətinin həyata keçirilməsinə, cənab Prezidentin sərəncam, göstəriş və tapşırıqlarının icrasına məsuliyyətlə yanaşır. Ölkəyə, Vətənə gərəkli, layiqli vətəndaş yetişdirməkdə təhsil sistemi ilə icra strukturlarının qüvvəsi bir araya gətirilir, vəhdətdə götürülür.
Natiq Qurban bayramı və “Bilik günü” münasibətilə rayon icra hakimiyyətinin rəhbərliyi adından konfrans iştirakçılarını təbrik edib.
“Ən yaxşı məktəb” müsabiqəsinin qaliblərinə sertifikat, “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinə vəsiqə təqdim olunub.
Riyaziyyat müəllimi Dürdanə Babayeva Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub.
Gülnarə Mirzəliyeva,
Gülər Baxışova

Şərh Yaz