Birlik nümayiş etdirəcəklər

8 sentyabr 2016 –“cı il tarixdə İsmayıllı rayon Statistika İdarəsinin iclas zalında İsmayıllıda fəaliyyət göstərən ictimai birliklərin nümayəndələri iştirakı ilə Referendumla bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə dövlət qulluğu veteranı Valeh Salehov açıb.
Birlik nümayiş etdirəcəklər
Birlik nümayiş etdirəcəklər
O, keçiriləcək ümumxalq səsverməsinin başlıca məqsəd məramından söhbət açıb. Müstəqil Azərbaycan respublikasının Konstitusiyasına ediləcək əlavə və dəyişikliklər barədə ətraflı danışmaq üçün tədbirdə iştirak edən millət vəkili Novruzəli Aslanov soz alıb.
Natiq ölkədə gedən inkişafdan, Azərbaycanın dunyaya inteqrasiyasından, bu sahədə qarşıda duran vəzifələrdən danışıb. Daha sürətli inkişaf üçün referenduma çıxarılan əlavə və dəyişikliklərin sadəcə, bir həyat zərurəti olmasını vurğulayıb.
Millət vəkilinin hərtərəfli və məzmunlu çıxışından sonra “İsmayıllı Yazarları” ədəbi ictimai birliyinin sədri Şahməmməd Soltanov, Г‡ernobıl Əlilləri İttifaqı İsmayıllı rayon bölməsinin sədri Məleykə Lətifova Azərbaycan xalqının ölkədə yürüdülən daxili və xarici siyasətdən razılığını ifadə ediblər. Əmin olduqlarını bildiriblər ki, dövlətə və dövlətçiliyə hər zaman sədaqətli olan ismayıllılar bu vacib mərhələdə də birlik nümayiş etdirəcəklər.
“İsmayıllı xəbərləri”

Şərh Yaz