N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbi yüksək göstəriciləri ilə seçilir

* Bir sinfin 25 nəfər şagirdindən 17 nəfəri ali məktəbə, qalanları isə orta ixtisas məktəblərinə daxil olublar. Məktəbin son göstəricilərini və XI a sinfinin müvəffəqiyyətini sinfə rəhbərlik edən Musavəddin Alı oğlu Kərimovun fəaliyyətini oxucularımızla bölüşmək istəyərdik.
N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbi yüksək göstəriciləri ilə seçilirBir sinfin 25 nəfər şagirdindən 17 nəfəri ali məktəbə, qalanları isə orta ixtisas məktəblərinə daxil olublar. Məktəbin son göstəricilərini və XI a sinfinin müvəffəqiyyətini sinfə rəhbərlik edən Musavəddin Alı oğlu Kərimovun fəaliyyətini oxucularımızla bölüşmək istəyərdik.
N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbi yüksək göstəriciləri ilə seçilir
Musavəddin Kərimov 35 ilə yaxındır ki, gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur. Qabaqcıl və zəngin təcrübəsi var. Azərbaycan Respublikasının əməkdar müəllimidir. Müəllimlik sənətinə ürəkdən bağlıdır. Şagirdlərlə işləməyi çox sevir. Özünü reklam etməyi heç xoşlamır. Onunla ancaq sinifinin qazandığı uğurlarını gördükdə fərəhləndiyini, daddığı sevinci dilə gətirib danışdığını gördük. O, dərin biliyi, nəcib davranışı, yüksək mədəniyyəti, sadəliyi, mehribanlığı, insanlara diqqəti, qayğı və məhəbbəti ilə kollektivdə sayılıb seçilir. Bir də rəhbəri olduğu hər XI sinfi bitirən şagirdlərin qazandığı müvəffəqiyyət onu arzulardan-arzulara aparır.

* 2015-2016-cı tədris ilində 34 nəfər şagirdi ali məktəb tələbəsidir. Bunlardan 3 nəfəri 600 baldan çox, 11 nəfəri isə 500 baldan çox nəticə göstərib.
* Bir neçə fənndən, xüsusi ilə də Azərbaycan dili, riyaziyyat və coğrafiyadan məzunların ali məktəbə qəbul imtahanlarında göstərdikləri nəticə rayon və respublika üzrə yüksək göstəricilərdən olmuşdur.
* Məktəbin məzunu Zeynəb İsayeva “Heydər Əliyev Uşaqların gözü ilə” inşa yazı müsabiqəsinin qalibi olaraq respublikada birinci olmuşdur. I dərəcəli diploma və müxtəlif mükafatlara layiq görülmüşdür.
* “Şahin” hərbi idman, “Cəsurlar” komandaları dəfələrlə rayon və respublika çempionu olmuşdur.
* Beş ildir ki, “Gənc yanğınsöndürmə” komandası şimal-qərb regionu üzrə birinci yerə çıxmış, respublika üzrə daim qaliblər sırasında olmuşdur.
* 50 nəfərdən çox şagird “Fənn müsabiqələrinin” qalibləridir. Məktəbin 14 nəfər şagirdi fənn olimpiadalarının zona turunda iştirak etmiş, respublika fənn olimpiadasında coğrafiya fənnindən Tural Rəhimli fərqlənmişdir.
* Gənclərin çağrışaqədərki hazırlıq fənn müəllimi Əsgər Manafov Fövqəladə Hallar Nazirliyinin yaranmasının 10 illik yubileyi münasibəti ilə medalla təltif olunub. Həmçinin Təhsil Nazirliyinin 450 nömrəli əmri ilə çağrışaqədərki hazırlıq fənni üzrə “Test nümunələri” kitabına qrif verilmiş, nazirlik tərəfindən çapı nəzərdə tutulmuşdur.
* Akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Qələbəyə doğru” kuboku uğrunda Ümumrespublika intellektual yarışında məktəbin şagirdi Murad Ağazadə birinci yeri tutmuşdur.
Əliyev Ümid Cüdo birinciliyində dəfələrlə fərqlənmişdir.
* Nərgiz Qədirova ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin qalibi olmuşdur.
Hacıməmməd Məmmədov

1.Süleymanov Nicat Xalis oğlu BDU – Hüquqşünas
2. Rəhimov Hənnan Vidadi oğlu ATU – Müalicə işi
3. Aslanlı Əli Г‡ingiz oğlu ADA – Beynəlxalq münasibətlər
4. Əzimov İsrayıl Mahir oğlu BDU – Tarix
5. Tarverdiyev Bəhram Ərəstun oğlu ADNSU – Neft-qaz mühəndisliyi
6. Salmanova Ayşən Habil qızı ADPU – Dil-ədəbiyyat
7. Məmmədova Ayçin Aftandil qızı ADİU – Menecment
8. Qasımova Ülkər İmran qızı BDU – Coğrafiya
9. Adıgözəlov Ülvin Azad oğlu ADİU – Maliyyə
10. İsgəndərova Aydan İlham qızı ADPU – Sosial psixoloji xidmət
11. Əzizova Nübar Araz qızı ADPU – İbtidai metodika
12. Əsədova Cəmalə Afil qızı AzTU – Sənayenin təşkili və idarə edilməsi
13. Məmmədova Raya Yusif qızı ADPU – Kimya-biologiya
14. Behdiyeva Gözəl Sarvan qızı ADPU – Məktəbəqədər tərbiyə
15. Səlimov Kənan Kamran oğlu Dəniz Akademiyası
16. Ağamalıyeva Leyla Kamran qızı ŞMİ – İbtidai metodika

Şərh Yaz