“Yaşıl teatr” layihəsi İsmayıllıda

İsmayıllı şəhərindəki Heydər Əliyev Parkında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə İsmayıllı Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilati dəstəyi ilə “Yaşıl teatr” layihəsinin açılış mərasimi keçirilib.
“Yaşıl teatr” layihəsi İsmayıllıda
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Nəsimi Teymurov, Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov və layihə rəhbəri Ramtiq Alızadə çıxış edərək iştirakçılara layihə haqqında məlumat verib və onlara layihə müddətində uğurlar arzulayıblar.
Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında maarifləndirmə işi aparmaq, ekoloji problemlərin həlli yollarını gənclərə çatdırmaq, ekologiyanın qorunmasında onların fəal iştirakını təmin etmək və eyni zamanda ekologiya sahəsində məlumat daşıyıcısı kimi formalaşdırmaqdan ibarətdir. “Yaşıl teatr” layihəsi 10-13 sentyabr 2016-cı il tarixlərini əhatə edib. Layihənin icrasına 30 nəfər İsmayıllı gənci cəlb edilib.
Şəhla Qafarova

Şərh Yaz