Futbol çempionatı başa çatdı

Rayonun bələdiyyə futbol komandaları arasında rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə iyunun 16-dan başlanmış çempionat başa çatıb.
17 komanda arasında gərgin keçən dövrü sistemlə oyunların nəticəsi olaraq yarımfinala Quşencə, Hacıhətəmli, Xanagah və İsmayıllı şəhərinin “Orman” komandaları çıxmışdı. Daha gərgin və iradəli oyun nümayiş etdirən Hacıhətəmli və Quşencə komandaları finala vəsiqə qazanmışdılar.
Futbol çempionatı başa çatdı
Futbol çempionatı başa çatdı
Futbol çempionatı başa çatdı
Final oyunu 9 sentyabr 2016-cı il də tarixdə əsaslı təmirdən sonra 10 avqust 2016-cı il tarixdə istifadəyə verilmiş İsmayıllı Olimpiya-İdman Kompleksinin bazasında keçirilib. Böyük tamaşaçı kütləsinin iştirakı, rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin, OİK-nin təşkilatıçılığı ilə keçirilən final yarışında Quşencə komandası 5 :1 hesabı ilə Hacıhətəmli komandasına qalib gəlib və rayon çempionu adını qazanıb.
Gərgin mübarizə şəraitində keçən oyunun birinci hissəsinin 1:1 hesabı ilə yekunlaşdığı ərəfədə öz cərimə meydançalarında Quşencə komandasının hücumçusuna qarış kobud oynayan müdafiəçiyə sarı vərəqə göstərildi və qapıya 11 metrlik cərimə zərbəsi təyin olundu. Г‡eviklik nümayiş etdirən qapıçı zərbəni dəf etdi. Komandalar məlum hesabla fasiləyə çıxdılar. Fasilədən sonra Quşencə komandasının müdafiəçisi kobud oyununa görə qırmızı vərəqə ilə cəzalandırıldı. Rəqib komanda bu cəzalandırılmanı üstünlük kimi qəbul etsə də, azlıqda qalan tərəfin oyunçuları daha texnikalı oyun göstərə bildilər və ikinci hissədə 4 cavabsız topla rəqibə daha güclü olduqlarını sübut etdilər.
Birinci, ikinci və üçüncü yerləri tutan Quşencə, Hacıhətəmli və “Orman” komandalarına kubok medal və pul mükafatlarını İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, rayon Futbol federasiyası sədrinin müavini, rayon polis şöbəsi rəisinin müavini Cavanşir Hüseynov təqdim etdilər.
Rayon polis şöbəsi, rayon mərkəzi xəstəxanası çempionat müddətində oyunların təşkili və keçirilməsinə müntəzəm yardımçı olublar. İsmayıllı Olimpiya-İdman Kompleksi bir sıra oyunlara ödənişsiz ev sahibliyi edib, lazımi şərait yaradıb. Final oyununda bütün aid strukturlar və xidmət təşkilatları üzərinə düşən funksiyaları yüksək səviyyədə yerinə yetiriblər. Üç aya yaxın bir zamanda davam edən çempionat İsmayıllıda böyük futbolun inkişafına əsil təkan olub. Rayon sakinlərində futbola olan maraq və oyunlara baxmağa gələn həvəskarların sayı artıb.
Yarışlar zamanı rayon Gənclər və İdman İdarəsi ilə birgə Quşencə bələdiyyəsinin sədri Orxan Ağayev, Hacıhətəmli komandasının məşqçisi Musa Behbudov, “Orman”ın məşqçisi Tərlan Vahidov və İsmayıllı Olipiya-İdman Kompleksinin direktoru Tofiq Hümbətov daha məsuliyyətli mövqe nümayiş etdiriblər.
İsmayıllı Olimpiya-İdman Kompleksinin imkanlarından bəhrələnənlər fərəh hissilə bildirirlər ki, kompleksin direktoru T.Hümbətovun işgüzarlığı sayəsində yaxın gələcəkdə rayonda digər idman növləri ilə yanaşı futbol da inkişaf edəcək, yerli futbolçularımızın respublika səviyyəsinə qazandığı uğurlar ismayıllıları sevindirəcəkdir.
Şahməmməd Soltanov

Şərh Yaz