Təbrik

“Bu yaz niyə geçikdi”, “Nəğmə xundum ve tati” (“Tatca nəğmə oxudum”), “Eldən gedən oğul”, “Ömürdən 50 yarpaq”, “Cinas bulağı” kitablarının müəllifi, 30-dan çox kitabın redaktoru, 2 ədəbi toplunun tərtibçisi, “XX əsrin Şirvan şairləri”, “Türk dünyasının şairləri” antologiyalarında şeirləri yer alan, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İsmayıllı xəbərləri” qəzetinin təsisçisi və baş redaktoru, şair-publisist Soltanov Şahməmməd Nurulla oğlu (Şahməmməd Dağlaroğlu) Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olunub.
Təbrik
Həmyerlimin bu birliyə üzv olmasına zəmanət verən tərəf kimi, onu həm də təbrik edirəm.
Ümidvaram ki, qələm dostumuz bundan sonra da fəaliyyətində əsl jurnalistə xas mövqe nümayiş etdirəcək, üzv olduğu birliyi layiqincə təmsil edəcəkdir.
Hörmətlə:
İntiqam Mehdizadə

Şərh Yaz