Səfər xoş təəssürat yaradıb

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Koreya Respublikasının Milli Gənclər Komissiyası arasında imzalanan əməkdaşlığa dair Anlaşma Memorandumuna əsasən, ölkəmizdə səfərdə olan Koreyanın gənclərdən ibarət 11 nəfərlik nümayəndə heyəti İsmayıllıya gəlib.
Səfər xoş təəssürat yaradıb
Qonaqlar avqust ayının 17-də Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynovun və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehovun müşayiəti ilə Lahıc qəsəbəsində olub, bu qədim məkanın gəzməli, görməli yerlərini seyr ediblər. Koreyalı gənclər Lahıcın timsalında milli mətbəximiz, xalq sənətkarlığımız, etnoqrafiyamız, milli memarlığımız və şəhərsalma mədəniyyətimiz barədə hərtərəfli məlumat alıblar.
İsmayıllıya səfər qonaqlarda xoş təəssürat yaradıb.
Şəhla Qafarova

Şərh Yaz