Azərbaycan -Yaponiya əlaqələri genişləndirilir

İsmayıllı rayonun bir sıra ölkələrlə əməkdaşlığı gündən-günə möhkəmlənir, iqdisadiyyat və təhsil sahəsində mübadilələr artır. 2013-cü il noyabr ayının 22-də İsmayıllı rayonu ilə Yaponiyanın İto şəhəri arasında imzalanmış sazişə əsasən dostluq əlaqələri genişləndirilir. Artıq ücünçü ildir ki, rayonumuzun məktəbliləri Yaponiyanın bir çox maraqlı yerlərinə gəzintiyə gedir və orada təşkil edilmiş tədbirlərdə iştirak edirlər.
Azərbaycan -Yaponiya əlaqələri genişləndirilir
Azərbaycan -Yaponiya əlaqələri genişləndirilir
Azərbaycan -Yaponiya əlaqələri genişləndirilir
Azərbaycan -Yaponiya əlaqələri genişləndirilir
2016-cı il iyul ayının 30-dan avqust ayının 12-ə qədər İsmayıllı şəhər Ağahüseyin Aslanov adına 2 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Şərafət Bayramov, X sinif şagirdi Məhəmməd Bünyatov və IX sinif şagirdi Fərid Gərayev Yaponiyada olmuş, bir sıra maraqlı tədbir və gəzintilərdə iştirak etmişlər. Yaponiyadan gəlmiş qonaqlar İsmayıllı rayonunun və Azərbaycanın müxtəlif guşələrində ekskursiyalarda olmuşlar.
Azərbaycan Yaponiya ilə iqdisadi, mədəni əlaqələr aparır. Bu ölkəyə Gündoğar ölkə də deyirlər. Dünyanın ən güclü iqtisadi dövlətlərindən biridir. Öləkədə səhiyyə yüksək səviyyədədir. Uşaq ölümünün azlığına görə fərqlənir. Yaponiya elmi tədqiqatlar, texnologiya, tibbi tədqiqatlar, robototexnikasına görə lider ölkədir. Əhalinin əksər hissəsini yaponlar təşkil edir. Uzunömürlü xalqdır. Ölkədə xalq rəqs və oyunları formalaşmış, bu, YUNESCO-nun ümumdünya irs siyahısına daxil edilmişdir. İdman növləri olan karate və kendo aparıcı yer tutur.
12-24 avqust 2016-cı il tarixlərdə rayonumuzda qonaq olan “İto Beynəlxalq Qonaqlama Təşkilatı”nın üzvü –“ qrup rəhbəri Konişi Tsuneo və iki şagird – Koneqo Reon, Sekikava Klyotatsu və İsmayıllı şəhər A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Şərafət Bayramov qonaqlama proqramı üzrə yaponiyalıları Bakı, Şəki, Qəbələ şəhərlərinə, rayonumuzun görməli yerlərinə – İvanovka kəndinə, Lahıc, Basqal qəsəbələrinə aparmış, orada yerləşən istehsal sahələri, tarixi yerlərlə yerli sakinlərlə onlarları tanış etmiş, ailələrdə qonaq olmuş, Azərbaycan xalqının milli adət-ənənələri ilə maraqlanmış, milli mətbəximizə daxil olan təamlardan dadmışlar.
Yaponiyalı qonaqlar 20 avqust 2016-cı il tarixdə İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbinə gəlmişlər. Məktəb qarşısında müəllim və şagirdlərimiz onları böyük qonaqpərvərliklə qarşılamışlar. Qonaqlar məktəbimizin adını daşıyan şəhid A.Aslanovun büstü önünə gül dəstələri qoymuş, bütövlükdə Azərbaycanın şəhid övladlarının xatirəsini yad etmişlər. Qısa tanışlıqdan sonra onlar müəllimlərimizlə birlikdə tədris otaqlarını, kitabxananı, laboratoriyaları gəzmiş, çay süfrəsində əyləşərək maraqlı söhbətlər etmişlər. Məktəbin foyesində şagirdlərin ifasında hazırlanmış rəqs və musiqi nömrələrinə tamaşa etmiş, şagirdlərlə səmimi söhbətlər aparmışlar.
Məktəbin direktoru Ramil Dadaşov çıxış edərək məktəbin müəllim və kollektivinin ürək sözlərini qonaqlara çatdırmışdır. Tədbirin sonunda qrup rəhbəri cənab Konişi Tsuneo səmimi qarşılanma və qonaqpərvərliyinə görə məktəbimizin kollektivinə öz minnətdarlığını bildirmişlər.
24 avqust 2016-cı il tarixdə Rayon İcra Hakimiyətinin nümayəndələri, valideyinlər, məktəbimizin müəllim və şagirdləri yaponiyalı qonaqların yola salınmasında iştirak etdilər. Onlar ulu öndərimiz, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Yaponiyalı qonaqlar rayon rəhbərliyinə, ismayılllılara bu qonaq pərvərliklərinə görə təşəkkür etdilər.
Xalqımız həmişə öz humanizmi və qonaq pərvərliyi ilə fərqlənmişdir. Hər şeyin yaxşısını, hər yeməyin ləzizini qonaqlarımıza təklif etmişik, onlara saxlamışıq. Arzu edirik ki, bütün dünyada sülh və əmin-amanlıq olsun. Xalqlar bir-birini sevsin, dostluq əlaqələri ildən-ilə möhkəmlənsin.
Gilas Musayeva,
A.Aslanov adına 2 nömrəli tam orta məktəbinin direktor müavini

Şərh Yaz