UŞU idman növü üzrə Azərbaycan birinciliyi keçirilir

İsmayıllı Olimpiya-İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UŞU Fedarasiyasının birgə təşkilatçılığı ilə 20-21 avqust 2016-ci il tarixlərdə UŞU idman növü üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışda müxtəlif şəhər və rayonlardan olan 94 nəfər idmançı öz qüvvələrini sınayıb.
UŞU idman növü üzrə Azərbaycan birinciliyi keçirilir
20 avqust 2016-cı il tarixdə İsmayıllı Olimpiya-İdman Kompleksində çempionatın rəsmi açılışı olub. Azərbaycan UŞU Fedarsiyasının Prezidenti Azər Həsənsoy tədbiri açıq elan edib və idmançılara uğurlar arzulayıb. Sonra İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Nəsimi Teymurov çıxış edərək dövlət tərəfindən idmana olan diqqət və qayğıdan danışıb, idmançılara müvəffəqiyyətlər arzulayıblar. Tədbir 21 avqustda yekunlaşdırılıb.
Taleh Məhərrəmov

Şərh Yaz