Yaddas kitabcasi

ASAN xidmət uşaqları da sevindirdi

ASAN xidmətin Lahıcla bağlı keçirdiyi çoxsahəli yay düşərgəsi layihəsində qəsəbənin balaca sakinlərini sevindirmək də diqqətdə olub. Belə ki, məktəblilər və az yaşlılar yazdıqları qısa məktublarda nəyə ehtiyac duyduqlarını qeyd edərək ASAN xidmətə təqdim ediblər.
ASAN xidmət uşaqları  da sevindirdi
Bu məktublar “ASAN məktub” adlandırılıb və Lahıcda uşaqları sevindirib.
Öz hədiyyələrinə qovuşan balacalar daha sonra Lahıcda qurulmuş ASAN Könüllülərinin “Həmrəylik Düşərgəsi”lə tanış olublar.
“ASAN məktub” layihəsi vasitəsi ilə respublika ərazisində yaşayan uşaq evlərinin, az təminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzuları reallaşdırılır. Layihə çərçivəsində həmin uşaqlar öz istəkləri barədə məktub yazır, vətəndaşlar tərəfindən “ASAN məktub”a məxsus olan sosial şəbəkəyə daxil olaraq bu məktublardan birini öhdəliklərinə götürür və orada yazılan istəkləri reallaşdırırlar.
“İsmayıllı xəbərləri”

Şərh Yaz